YAP Gəncə şəhər təşkilatında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir
Gəncə, 26 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı və şəhər icra hakimiyyəti Xocalı faciəsinin 19-cu ildönümünü “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” mövzusunda tədbirlə qeyd etmişlər.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov 19 il əvvəl erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri cinayətlərdən ətraflı söz açmış, həmin faciəni nəinki Azərbaycan xalqına, eləcə də bütün bəşəriyyətə yönəldilmiş soyqırımı kimi dəyərləndirmişdir.
Sonra YAP Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılovun “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Almaz Aşurovun “XX əsrin faciəsi” mövzularında məruzələri dinlənilmişdir.
Xocalı faciəsinin şahidi Rafiq Qəmbərovun həmin müdhiş gecədə ermənilərin törətdikləri vəhşiliklər barədə xatirələri dinlənildikdən sonra şəhər 23 saylı orta məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]