Yapon alimləri immun imtina problemini həll etməyə imkan verən hüceyrələr yaradıblar
Tokio, 8 mart, AZƏRTAC
Kioto Universitetindən olan alimlər qrupu immun imtina problemini hüceyrə səviyyəsində həll etməyə imkan verən induksiya pluripotent gövdə hüceyrələrini (“iPS”) yaratdıqlarını elan ediblər.
AZƏRTAC xəbər verir ki, həmin hüceyrələrin gen mühəndisliyi texnologiyalarının tətbiqi yolu ilə əldə edildiyi bildirilir.
Həmin iş zamanı alimlər immun imtinaya səbəb olan hüceyrələrin üzərindəki proteinləri əvəz etmək üçün DNK fraqmentlərinin yerini dəyişiblər. Nəticədə yeddi növ “iPS” hüceyrələri əmələ gəlib ki, bu da Yaponiya əhalisinin 95 faizi üçün istifadə edilə bilər.
Alimlər alınan hüceyrələrin bərpaedici təbabətdə istifadəsinə qədər onların təhlükəsizliyini dəqiqləşdirmək üçün tədqiqatları davam etdirmək niyyətindədirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]