Yaxın 2-3 gün ərzində hava meteohəssas insanlar üçün nisbətən əlverişli olacaqdır
Bakı, 31 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 1-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcəkdir.
Havanın temperaturu gecə müsbət 2-4 dərəcə, gündüz müsbət 5 dərəcə, axşam 2 dərəcə olacaqdır.
Azərbaycanın regionlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır. Qərb küləyi əsəcək, arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək, gündüz müsbət 4-6 dərəcə, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta təşkil edəcəkdir.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında soyuq diskomfort hava şəraiti gözlənilsə də, meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri əksər meteohəssas insanlar üçün nisbətən əlverişli olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]