YENİ DƏRS İLİNİN BAŞLANMASI MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə mərasim keçirilmişdir.
Mərasimdə çıxış edən DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov ümummilli liderimiz, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış Dövlət İdarəçilik Akademiyasının idarəçilik sahəsində bacarıqlı kadrların hazırlanmasında önəmli rolu olduğunu bildirmişdir.
Təhsil sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin ilbəil artırıldığını vurğulayan rektor, DİA-da qazanılan nailiyyətləri də nəzərə çarpdırmışdır. Qeyd edilmişdir ki, bu il akademiyaya qəbul olunan gənclərin 25 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.
DİA-nın kafedra müdiri Roza Əliyeva və digər natiqlər də yeni dərs ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik etmiş, xoş arzularını söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]