Yeni il ərəfəsində “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gələnlərin sayı xeyli artmışdır VİDEO
Qusar, 28 dekabr (AZƏRTAC). Yeni il ərəfəsində Qusar rayonunda yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə turist axını xeyli artmışdır.
AZƏRTAC xəbər verir ki, qış turizm mövsümünə dekabrın 15-dən başlanılmış kompleksi son 10 gün ərzində 5000-dən çox turist ziyarət etmişdir. Xüsusilə həftənin sonlarında mərkəzdə turist sıxlığı müşahidə olunur. Artıq “Şahdağ” qış-yay turizm kompleksində yerləşən “Zirvə”, “Qaya” “Şahdağ Resort SPA” otellərindəki nömrələrin hamısı 2014-cü ilin yanvar ayının 5-dək kirayələnmişdir.
Yeni ili ərəfəsində Qusardakı digər istirahət mərkəzlərində də müştəri sıxlığı müşahidə edilməkdədir. Ümumilikdə cari il dekabr ayının 15-dən 2014-cü il yanvarın 5-dək olan müddətdə Qusara istirahətə gələn turistlərin sayının 10 min nəfəri ötəcəyi gözlənilir.