YENİ MİNİATÜR KİTAB
Cəmiyyətin sədri Zərifə Salahova AZƏRTAC-ın müxbirinə demişdir ki, 350 səhifəlik bu nəfis kitaba 2003-cü il oktyabrın 15-də keçirilmiş Prezident seçkilərindəki qələbəsindən sonra İlham Əliyevin ünvanına dövlət və hökumət başçılarının, parlamentlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, o cümlədən Rusiya Federasiyası, ABŞ, Fransa, Türkiyə, Ukrayna, Moldova, Belarus və bir sıra digər ölkələrin prezidentlərinin göndərdikləri təbriklərin bir hissəsi - 75 teleqram, bir neçə rəngli fotoşəkil daxil edilmişdir. Teleqramlar Azərbaycan və rus dillərindədir.
55x60 millimetr ölçüdə kitabın forzasında Azərbaycanın memarlıq abidələrinin təsvir olunduğu xəritə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO
- 29.09.2026 [20:37]