YENİ TAMAŞAYA İCTİMAİ BAXIŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 14-də xalq artisti Səyavuş Aslanın anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Dövlət şifarişi ilə hazırlanan “Kaş, araba aşmayaydı” tamaşasına ictimai baxış keçirilmişdir.
Gürcü dramaturqu Otia İoselianinin “Kaş, araba aşmayaydı” əsəri əsasında rejissor Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşada baş rollarda xalq artistləri Səyavuş Aslan və Bəsti Cəfərova çıxış etmişlər.
Tamaşanın quruluşçu rəssamı, əməkdar rəssam Nazim Bəykişiyev, musiqi tərtibatçısı Fəxrəddin Dünyamalıyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [12:20]
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
- 15.10.2026 [12:05]