YENİYETMƏ AVARÇƏKƏNLƏR MƏSUL YARIŞLARA HAZIRLAŞIRLAR
Bakı, 14 mart (AZƏRTAC). 2010-cu ildə Sinqapurda yeniyetmələr arasında 1-ci Yay Olimpiya oyunları keçiriləcəkdir. Azərbaycanın akademik avarçəkmə üzrə milli komandasının baş məşqçisi Rudiger Hauffe bildirmişdir ki, olimpiadaya hazırlıq məqsədilə bir neçə perspektivli idmançı ilə işləyirik.
R.Hauffe gələcək planlar haqqında danışarkən demişdir ki, martın 23-də Mingəçevirdə beynəlxalq “Prezident kuboku” reqatası keçiriləcəkdir. Yarışda akademik avarçəkənlərimizin göstərəcəkləri nəticələrə əsasən yeni komanda formalaşdıracaq və sonrakı beynəlxalq turnirlərə hazırlaşacağıq.
Apreldə komandamız Rusiyanın Rostov şəhərində keçiriləcək “Don” reqatasında iştirak edəcəkdir. Mayda böyüklər, sentyabrda isə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcəkdir. Yeniyetmələrimiz 2010-cu il Sinqapur Yay Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatına qatılacaqlar. Hazırda dünya çempionatında layiqli çıxış etməyə qadir 2 nəfərlik təkavarlı qayıqlar üçün avarçəkənlər hazırlayırıq. Sinqapur Olimpiadasına lisenziya qazanmaq üçün ən azı 5-ci yeri tutmalıyıq.
İdmançılarımız, gənclər və böyüklər arasında Avropa və dünya çempionatları, Dünya kubokunun mərhələ yarışları və digər nüfuzlu yarışlarda da qüvvələrini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]