Yevlaxda Xocalı faciəsinin 19-cu ildönümü qeyd edilmişdir
Yevlax, 26 fevral (AZƏRTAC). Yevlaxda Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Şəhidlər abidə kompleksi önündə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüşlər.
Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov, Xocalı sakini Allahverdi Həsənov, rayon məktəbliləri arasında keçirilmiş “Xocalı qisası alınmamış bəşəri faciədir” inşa müsabiqəsinin qalibi Arzu Bayramova çıxış edərək erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 19 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmış, faciəni təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırmışlar.
Mərasimdə rayon məktəblilərinin Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi nümayiş olunmuşdur.
Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]