Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yüksək səviyyəli İstiqamətləndirici Komitənin iclası keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan arasında Tərəfdaşlıq Çərçivəsi sənədi ilə əlaqədar yüksək səviyyəli İstiqamətləndirici Komitənin 2-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyi BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə Azərbaycan hökuməti tərəfindən əlaqələndiricidir.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın 1992-ci ildə BMT-yə üzv olduqdan sonra təşkilatın ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, bu çərçivədə bir sıra mühüm sənədlərin imzalandığını və tədbirlərin həyata keçirildiyini deyib. Vurğulanıb ki, Azərbaycan 2011-ci ildə 2 illik müddətə BMT-nin ali qurumu olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan BMT-nin Minilliyin Bəyannaməsinə qoşulan ölkə kimi yoxsulluqla mübarizə sahəsində məqsədyönlü proqramlar və kompleks tədbirlər həyata keçirib. Nəticədə Azərbaycanda yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2015-ci ildə 4,9 faizə enib. Azərbaycan yoxsulluğa qarşı mübarizə sahəsində əldə etdiyi uğurlara görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının "Cənub-Cənub" mükafatına layiq görülüb və 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir. Bundan başqa, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin və şəffaflığın artırılması üzrə əldə etdiyi uğurlara görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi BMT-nin "İctimai xidmətlərin təkmilləşdirilməsi" nominasiyası üzrə qalib olub.

Nazir müavini BMT-Azərbaycan əlaqələrinin 2016-cı ilin iyulunda imzalanmış 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi (UNAPF) ilə yeni mərhələyə qədəm qoyduğunu, sənədin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında təsbit edilmiş milli prioritetlərə uyğunlaşdırıldığını və 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi və yeni Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzərində qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, DİM-lər üzrə BMT ilə əməkdaşlıq və UNAPF çərçıvəsində ölkənin prioritetləri üzrə məqsədyönlü əməkdaşlıq davam etdiriləcək.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai tədbirin UNAPF-nin əsas prioritetlərinin, eləcə də strateji nəticələrin müəyyənləşdirilməsinə töhfə verdiyini, "Dünyamızın transformasiyası: 2030-cu il Gündəliyi"ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin davamlı sosial-iqtisadi artım və həyat səviyyəsinin yüksəlməsi istiqamətində xüsusi əhəmiyyətini qeyd edib. Qulam M.İshaqzai, həmçinin çərçivə sənədinin icrası istiqamətində qadınların səlahiyyətlərinin genişləndirilməsi, həssas qrupların dəstəklənməsi, reproduktiv sağlamlıq və səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, dayanıqlı inkişaf üçün bacarıqların artırılması, təbii fəlakət və iqlim dəyişikliyi riskinin azaldılması üzrə həyata keçirilən layihələr vasitəsilə əldə olunmuş nailiyyətləri diqqətə çatdırıb.

İclasda Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə işçi qruplarının təqdimatları keçirilib, 2018-ci ildə üç prioritet strateji sahə üzrə həyata keçiriləcək layihələr çərçivəsində əldə ediləcək nailiyyətlər və bu il üçün nəzərdə tutulan tədbirlər diqqətə çatdırılıb, bu sahəyə İstiqamətləndirici Komitənin verdiyi töhfələr vurğulanıb.

Tədbirdə İstiqamətləndirici Komitə tərəfindən Çərçivə Sənədinin hər 3 istiqaməti üzrə 2018-ci il üçün Müştərək İş Planları təsdiq edilib, Aralıq Hesabatın hazırlanması qərara alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir

Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib RƏY

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-3 VİDEO

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

Prezidentin çıxışı Azərbaycanın gələcək inkişaf modelinin strateji istiqamətlərini ortaya qoyur ŞƏRH

BDU ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb

Ekspert: Azərbaycan dünya reytinqlərində keyfiyyətli ali təhsil məkanı kimi formalaşır

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib

“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının elektron layihəsi təqdim olunub

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Professor: Azərbaycan Cənubi Qafqazda və Türk dünyasında geosiyasi əhəmiyyətini daha da gücləndirib

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Arslan Növrəsli: Zövqlü musiqiçi yetişdirmək üçün tələbə peşəkar musiqi nümunələrini dinləməlidir VİDEO

Uandayi: Azərbaycanın zəngin təcrübəsinin Keniya ilə bölüşülməsi ölkəmizin enerji mənbələrinin səmərəli istifadəsinə mühüm töhfə ola bilər

Şeirimizdə və yazılı abidələrimizdə insan haqları - elmi sessiya

Çində Əjdaha Qayıqları Bayramı günlərində dəmir yolu ilə 83 milyon sərnişinin daşınacağı gözlənilir

NATO nüvə potensialının modernləşdirilməsi ilə bağlı razılığa gəldiyini bəyan edib

Rusiya Ermənistana etiraz notası göndərib

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Nazir müavini: Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır

Anar Axundov: Azərbaycan rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırıb

Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub

Türk İnvestisiya Fondu ilə maliyyə institutları üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycanın mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu daha da yüksəldir - ŞƏRH

Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq

Norveç dünyada ilk gəmi tunelini tikir

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Nazir müavini: Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanları deməkdir

2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT

“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH

AzMİU və Ankara Universiteti daşınmaz əmlakın idarə edilməsi üzrə ikili diplom proqramına başlayır

Xaricdə təhsil üzrə yeni imkanlar sərgi iştirakçılarının diqqətinə çatdırılır

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir

Büdcə vəsaitlərinin 3,5 faizi kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Bakı Sammitində şəxsi məlumatların qorunması ilə bağlı çağırışlar səsləndirilib

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model

Qazaxıstan vətəndaşları mal və xidmətlərin ödənişi üçün vahid QR koddan istifadə edə biləcəklər

Nazirlik rəsmisi: Azərbaycanda kənd təsərrüfatında 33 süni intellekt layihəsi tətbiq olunacaq

AFFA rəsmisi: ABŞ, Kanada və Meksikadakı isti hava şəraiti oyunçulara əlavə yük yaradır

Kapitan və komandir heyəti sertifikatlarının yenilənməsi sadələşdirilir

Azərbaycan-Rusiya parlament əlaqələrinə dair fikir mübadiləsi aparılıb

Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası olub

Müəllimlərin ixtisasartırma proqramlarına rəqəmsal təhlükəsizlik mövzusunun daxil edilməsi təklif olunur

Azərbaycanda taxıl biçini üçün sahələrə cəlb olunmuş kombaynların sayı açıqlanıb

Azərbaycan ilə IFAD arasında əməkdaşlıq genişləndirilir

Ombudsmanların Bakı Sammitində süni intellektin əmək bazarına və məşğulluğa təsiri müzakirə olunub

DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

Elmin Məmmədov: Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması bütün tərəflərin birgə məsuliyyətidir

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb

DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar

® Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim

Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat

Bahar Muradova: Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi üçün kompleks yanaşma vacibdir

Doqquzillik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat başlayır

Nazir: Türkiyə dostluq körpüləri vasitəsilə ortaq gələcəyi qurur

Zambiya rəsmisi: Azərbaycan ombudsmanı ilə əməkdaşlıq süni intellekt sahəsində də genişlənir

FAO-nun eksperti: CİS və peyk texnologiyaları Azərbaycanın şəhər idarəçiliyində yeni mərhələnin əsasını qoyur – MÜSAHİBƏ

AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikadan

Azərbaycan regional və qlobal səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verib - RƏY

Gürcüstanda milli azlıqlara hüquqi xidmətlə bağlı yeni layihəyə start verilir

Qubanın kənd yolunda təhlükəli vəziyyət yaranıb VİDEO

Qubanın kənd yolunda təhlükəli vəziyyət yaranıb VİDEO

Azərbaycan ilə Bosniya və Herseqovina ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb

“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək

Azərbaycanın və Banqladeşin XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər

Moskva Dövlət Universitetinin Bakı filialı bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edilib

KOBİA sədri: Bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə çətinliklə üzləşir

Sərdar Sarayı: Zamanın silə bilmədiyi maddi-mədəni irsimiz

Beynəlxalq Enerji Agentliyi: Gələn il qlobal neft təklifi tələbatı sutkada 5 milyon barel üstələyəcək

Əl-Casir: Sukuklar həddindən artıq borclanma riskini məhdudlaşdırır

Çinli alimlər lələkli dinozavr növü tapıblar

Tikinti materiallarının istehsalı 5,9 faiz artıb

"ASAN xidmət"in "INNOLAND" mərkəzi beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

Türkiyənin bir sıra ali təhsil müəssisələri dünya universitetləri reytinqində yer alıb

“Goldman Sachs”: Hörmüz boğazından daşınmaların bərpası gələn ayın sonunadək başa çata bilər

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Orxan Məmmədov: KOBİA müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına dəstək verməyə sadiqdir

Torpağın səthi təhlükəsiz təsir bağışlasa da, onun altında ölümcül təhlükə gizlənə bilər – Füzulidən reportaj VİDEO

Torpağın səthi təhlükəsiz təsir bağışlasa da, onun altında ölümcül təhlükə gizlənə bilər – Füzulidən reportaj VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci toplantısı çərçivəsində Azərbaycanın süni intellekt strategiyası barədə məlumat verilib

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

FIFA dünya çempionatı zamanı sosial şəbəkələrdə 388 minə yaxın zərərli paylaşımı silib

Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb

Neft məhsullarının istehsal dəyəri 2,4 milyard manatı ötüb

Məhəmməd Süleyman Əl-Casir: Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır

Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq