“Yuventus” klubunun futbolçuları dörd ay məvacib almayacaqlar
Bakı, 29 mart, AZƏRTAC
İtaliyanın “Yuventus” klubu futbolçulara dörd aylıq məvaciblərinin ödənilməyəcəyini açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə klub rəsmisi açıqlamasında bildirib.
Bildirilir ki, klub rəhbərliyi futbolçularla və məşqçilər heyəti ilə əməkhaqqının azaldılması barədə razılığa gəlib.
Razılığa əsasən, komandanın üzvləri mart, aprel, may və iyun aylarında maaş almayacaqlar. Mövsüm bərpa olunandan sonra “Yuventus” klubunun rəhbərliyi futbolçuların məvaciblərini ikiqat artıracaq.
Bu addım “Yuventus” klubuna təxminən 90 milyon avroluq qənaət etməyə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]