“Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqba dünyanın ən yaxşı gənc futbolçusu adına layiq görülmüşdür
Bakı, 4 dekabr (AZƏRTAC). “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dünyanın ən yaxşı gənc futbolçusu adına layiq görülmüşdür.
AZƏRTAC xəbər verir ki, 20 yaşlı fransalı futbolçu “Tuttosport” nəşrinin təsis etdiyi “Golden Boy” mükafatını qazanmışdır.
Sorğuya əsasən, Poqba Adnan Yanuzay (“Mançester Yunayted”), Yulian Draksler (“Şalke”), Romelu Lukaku (“Everton”) və Rafael Varanı (“Real”) qabaqlamışdır.
Futbolçu demişdir: “Ötən mövsüm mənim üçün əla alındı. Hələlik yeni müqavilə barədə düşünmürəm, amma “Yuventus”a görə əlimdən gələni əsirgəməyəcəyəm. Bu komanda ilə bütün titulları qazanmaq istəyirəm. İlk hədəfimiz isə A seriyasında ardıcıl 3-cü çempionluqdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [17:40]
Rafael Fiziyev: Hər zaman zirvəni düşünmüşəm və bunun üçün çalışıram
- 15.05.2026 [16:13]
UFC-də debüt edəcək döyüşçü: Məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir
- 15.05.2026 [15:58]
Bakıda bürünc medal qazanan gimnast: Mənim üçün yaxşı təcrübə oldu
- 15.05.2026 [15:53]