ZAQATALADA “CƏSURLAR” HƏRBİ-İDMAN VƏ TURİZM OYUNLARININ ZONA TURU KEÇİRİLMİŞDİR
Zaqatala, 14 mart (AZƏRTAC). Zaqatala rayonunda “Cəsurlar” hərbi-idman və turizm oyunlarının zona turunun yarışları keçirilmişdir. Xatırladaq ki, Gənclər və İdman, habelə Təhsil, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına kömək məqsədi daşıyır. Zona yarışında Balakən, Qax, Şəki, Oğuz, Qəbələ və Ağsu rayonlarının komandaları mübarizə aparmışlar.
Rayon gənclər və idman idarəsindən bildirmişlər ki, Zaqatalanın Danaçı kənd orta məktəbinin basazında keçirilən yarışlarda ilk iki yeri tutan Balakən və Ağsu rayonlarının lomandaları hərbi-idman və turizm oyunlarının Bakı şəhərində baş tutacaq final mərhələsində iştirak etmək hüququ qazanmışlar. Qax komandası isə yarışları 3-cü pillədə başa vurmuşdur.
Ev sahibi olan Zaqatala rayonunun komandası isə Bərdədə keçirilən zona yarışlarında iştirak edərək birinci yeri tutmuş və finala vəsiqə əldə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]