Zərdab rayonunda tullantıların kollektora atılması faktı aşkarlanıb
Bakı, 4 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Zərdab rayonunun Gödəkqobu kəndi ərazisindən keçən kollektora tullantıların atılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı fakt öz təsdiqini tapıb və tullantıların kənd sakinləri Nazir Nağıyev, Mahir Rzayev, Araz Əzizov, Sabit Eyvazov və Həmzət Davudov tərəfindən kollektora atıldığı müəyyən olunub.
Faktla bağlı kənd sakinləri barəsində protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən qanun pozucularının hər biri 600 manat məbləğində cərimə olunub. Tullantıların kollektora və suvarma arxına atılmasının qarşısının alınması üçün Gödəkqobu Bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]