“Zirvə Beynəlxalq Uşaq Oyunları”nda atçılıq yarışlarına yekun vurulub
Bakı, 27 may, AZƏRTAC
Xırdalan və Astarada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir.
AZƏRTAC xəbər verir ki, 27 idman növündə 12 ölkədən 4 mindən çox idmançının qüvvəsini sınadığı yarışlarda növbə atçılara çatıb.
Astarada “Zirvə” beynəlxalq idman klublarına məxsus olan atçılıq mərkəzində maraqlı yarış baş tutub. Gözəl Qarabağ və ərəb atlarını izləmək üçün tribunalara toplaşan tamaşaçılar gördüklərindən razı qalıblar. Çaparlar həm sürət, həm də duruşları ilə alqışlara səbəb olan atlarla əvvəlcə cıdırı dövrə vurublar, baxımlı hərəkətlərlə yadda qalıblar.
Sonra isə yarışlara start verilib. Finalda Orxanbəy Hacıyev bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb. Gümüş medala Tural Abdullayev, bürünc mükafatlara isə Sadiq Cəfərli və Orxan Əsgərzadə layiq görülüblər.
Mükafat qazanan çaparlara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu, voleybol, badminton və atletika üzrə medallar uğrunda mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]