Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan gəncliyinin inkişafında Gənclər Fondunun əvəzsiz xidmətləri var [YENİLƏNİB-3] VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu beş illiyini qeyd edib

Bakı, 22 dekabr, Həsrət Mahmudova, Səxavət Quliyev, AZƏRTAC

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illiyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb.

Fondun fəaliyyəti barədə məlumat verən F.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılan qurum dövlət gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verir. Beş il ərzində Fonda daxil olan 7098 layihədən 3341-i dəstəklənib. Onlardan 963-ü yerli, 94-ü beynəlxalq, 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilən layihələrdir.

Bildirilib ki, Azərbaycanda təşkil olunan nüfuzlu beynəlxalq tədbirlər Gənclər Fondunun elan etdiyi prioritet istiqamətlərdə əksini tapıb. Bu mühüm tədbirlərə “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə ictimai dəstək kampaniyası və s. daxildir. Bundan əlavə, Gənclər Fondunun qrantları hesabına beş il ərzində 269 gənc xarici ölkələrə səfər edib.

Gənclər və idman naziri Azad Rəhimov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda gənclər siyasətinin yeni istiqamətlərinin müəyyən olunduğunu, qısa müddətdə bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Nazir deyib ki, Azərbaycanın gənclər siyasəti BMT və digər beynəlxalq təşkilatlar tərəfindən model kimi qəbul olunur. Ötən dövrdə ölkəmizdə bir çox beynəlxalq gənclər forumları və konfransları keçirilib, Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramı imzalanıb və böyük uğurla reallaşdırılıb.

Gənclər üçün Prezident Mükafatının təsis olunduğunu bildirən Azad Rəhimov deyib: “Bu, gənclərə olan dövlət qayğısıdır. Gənclərimiz həmişə ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir və kreativ fikirləri ilə seçilirlər. Gənclərimizin inkişafında Fondun xidmətləri əvəzsizdir. Fond gənclər təşkilatlarına və fəal gənclərə öz ideyalarını reallaşdırmaqda yaxından kömək edir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Fond böyük uğurlara imza atıb”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Gənclər Fondunun yaradılmasının beşinci ildönümünün mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, beş il ərzində ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində, gənclərlə işin intensivləşdirilməsində, eləcə də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin reallaşdırılmasında Fondun mühüm rolu var.

Ölkəmizdə gənclər siyasətinin formalaşması və həyata keçirilməsi barədə danışan Əli Həsənov deyib ki, bu siyasətin konsepsiyasının təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkə qarşısında duran taleyüklü məsələlər sırasına gənclər siyasətini də əlavə etdi. Müstəqilliyin əvvəllərində Azərbaycanda dövlətə və dövlətçiliyə qarşı çıxan qüvvələr əsasən gənclərdən istifadə edirdilər. Gənclər ayrı-ayrı düşərgələrə bölünür, hakimiyyət uğrunda mübarizəyə, müxtəlif ambisiyaların həyata keçirilməsinə cəlb olunurdular. Təsadüfi deyil ki, 1994-cü ildə Ulu Öndərin yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi oldu. Həmin dövrdən Azərbaycanda gənclər siyasəti formalaşdırıldı, 1996-cı ildən etibarən hər il Azərbaycan gənclərinin forumu keçirildi, gənclər siyasətinin əsas prinsipləri və icra mexanizmləri müəyyənləşdirildi.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət ayırır. Dövlətimizin başçısının təşəbbüsü ilə iki Dövlət Proqramının qəbul olunması, Gənclər Fondunun yaradılması bu sahəyə yüksək diqqətin göstəricisidir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin fiziki sağlamlığına, vətənpərvər ruhda yetişməsinə, yüksək intellektə malik olmasına xüsusi önəm verdiyini vurğulayan Əli Həsənov ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən, Fondun fəaliyyətinin müsbət nəticələrindən danışıb. Bu gün Azərbaycanda vətənpərvər gəncliyin formalaşdığını qeyd edən Prezidentin köməkçisi deyib ki, aprel döyüşləri bunun nümunəsi oldu. Hazırda yüksək intellektli gənclərimiz müxtəlif transmilli şirkətlərdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarında çalışan, bir neçə xarici dil bilən yüksək intellektli gənc diplomatlarımızın sayı artmaqdadır. Xaricdə təhsil alıb ölkəmizə qayıdan, elm və təhsil sahəsində nümunə olan, parlamentdə, məhkəmə-hüquq sistemində və digər dövlət qurumlarında fəaliyyət göstərən gənclərimiz var. Bu, onu göstərir ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti öz bəhrəsini verir.

“Azərbaycanda həyata keçirilən gənclər siyasətinin nəticələri göz qabağındadır. Əldə olunan bütün bu uğurlarda Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun xüsusi rolu var. Əgər biz əvvəllər Olimpiya Oyunlarında bir-iki idmançımızın qalib gəlməsi ilə fəxr edirdiksə, sonuncu Olimpiadada 18 medal qazandıq və komanda hesabında dünyada ən yaxşı nəticələr əldə edən ölkələrdən biri olduq. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”, - deyən Əli Həsənov bu uğurlarda əməyi olanlara və Fondun kollektivinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov qeyd edib ki, Fondun dəstəklədiyi və Bakı ilə yanaşı, regionları da əhatə edən layihələr gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəallıqlarını daha da artırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində yüksək fəallığı ilə seçilir, mühüm tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycan dövlətinin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevriliblər.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə fəal və vətənpərvər gəncliyin yetişdiyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumla Gənclər Fondu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verən Fondun kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı da çıxışında Fondun beş illik fəaliyyətinin müsbət nəticələrini yüksək dəyərləndirib, təmsil etdiyi qurumun adından kollektivə təbriklərini çatdırıb.

Sonda Fondun elan etdiyi qrant müsabiqəsinin “C” və “D” kateqoriyaları üzrə qalibləri məruzələrlə çıxış ediblər.

Azərbaycan gəncliyinin inkişafında Gənclər Fondunun əvəzsiz xidmətləri var [YENİLƏNİB-3] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb