Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 28 dekabr, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aprel döyüşlərinin iştirakçıları olan bir qrup hərbi qulluqçu ilə görüş keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında keçirilən vətənpərvərlik tədbiri başlamazdan öncə cəbhə bölgələrindən gələn əsgər və zabitlər, müharibə veteranları və şəhid ailələrinin üzvləri hərbi marşın sədaları və tamaşaçıların alqışları altında salona dəvət ediliblər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himni tədbir iştirakçıları tərəfindən səsləndirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, artıq dövlət müstəqilliyimizin 25 illik yubileyini təntənə ilə qeyd etdiyimiz 2016-cı il də tarixə qovuşmaqdadır. Xalqımız ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2016-cı ili ictimai-siyasi, sosial-iqtisadi, eləcə də ordu quruculuğu sahəsində qazanılmış möhtəşəm nailiyyətlərlə yola salır, yeni 2017-ci ili böyük coşqu ilə qarşılayır.

Rektor iftixar hissi ilə qeyd edib ki, 2016-cı il tariximizə həm də Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil olub.

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprelin əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini verib, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edilib, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçib və 23 ildən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıblar. Müdrik və qətiyyətli Ali Baş Komandanın da dəfələrlə qeyd etdiyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olub.

Noyabrda Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsində, azad edilmiş ərazidə aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən böyük fəxarətlə deyirdi: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan ordusu yenilməz ordudur. Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır”.

Ə.Muradov UNEC-in Müdafiə Nazirliyi ilə əlaqələrindən, müəllim və tələbələrin tez-tez cəbhə bölgələrinə səfərlərindən, Vətən müdafiəçiləri ilə görüşlərindən danışıb, universitet kollektivinin də torpaqlarımızın işğaldan azad olunması naminə hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirib.

Aprel döyüşlərinin iştirakçısı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbirə dəvət olunmuş əsgər və zabitləri, müharibə qazilərini və şəhid ailələrini iştirakçılara təqdim edib.

Lələtəpə uğrunda sağ ayağını itirmiş və bir neçə yara almış sabiq hərbi hissə komandiri, polkovnik-leytenant Elşən Qarayev (ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub), hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, “İgidliyə görə” medalına layiq görülmüş polkovnik-leytenant Seymur Həbibullayev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əliyar Əliyevin oğlu, mayor Emin Əliyev, düşmənin 10-dək tank, zirehli texnika və avtomobilini məhv etmiş, “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif olunmuş batareya komandiri, kapitan Mirdamət Bağıyev, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki vermiş tank komandiri, baş gizir Paşa Mehdiyev, igid döyüşçülərdən leytenant Vüsal İbrahimov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Teymur Əliyev və başqaları aprel döyüşləri barədə xatirələrini danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Aprel döyüşləri zamanı qonşu səngərlərdə vuruşaraq düşmən üzərinə od ələyən iki döyüşçü oğulun atası, Qarabağ uğrunda döyüşlərin iştirakçısı Əşrəf Qəhrəmanov səhnəyə dəvət edilib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Əşrəfin kiçik oğlu Ruhin şəhidlik zirvəsinə ucalıb, böyük oğlu Qəhrəman isə yenə də ön səngərdədir, xidmətini davam etdirir. Hər iki qardaş Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “İgidliyə görə” medalı ilə təltif edilib.

Tədbirə oğlunun portreti və Ruhinin cənazəsi üzərinə sərilmiş bayraqla gələn şəhid atası Ə.Qəhrəmanov bu bayrağın tezliklə işğal altında olan digər torpaqlarımızda da dalğalanacağına əminliyini bildirib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Qəhrəman Qəhrəmanovun gözlənilmədən salona daxil olması və atası ilə görüşü tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Videoçarxın nümayişi ilə Xalq Artisti Samir Cəfərov “Lələtəpə Fatehləri” qəhrəmanlıq odasını ifa edib (sözləri A.Qurbaninin, musiqisi Azad Zahidindir).

Qeyd olunub ki, bu oda aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş ilk musiqi əsəridir və ilk dəfə azad edilmiş ərazidə səsləndirilib. Baş leytenant, şəhid Ziya Həsənovun atası Niyazi Həsənov bu səhər Bərdədən gəldiyini bildirib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib. Ziyanın, eləcə də bütün şəhidlərimizin intiqamını almağa hazır olduğunu bildirən şəhid atasının alovlu çıxışı alqışlarla qarşılanıb.

Bir neçə gün öncə cəbhə bölgələrinə səfər etmiş və aprel döyüşlərinin iştirakçıları ilə görüşmüş Böyük Vətən müharibəsi veteranları Mirdamət Nəbiyev və Bəkir Mustafayev səfər təəssüratlarından danışıb, Azərbaycan ordusunun həqiqətən dünyanın güclü ordularından biri olduğunu qeyd ediblər.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının solistləri Ağabala Abdullayev və Elçin Məmmədov aprel döyüşlərinin qəhrəmanlarını və tamaşaçıları vətənpərvərlik mahnıları ilə salamlayıblar.

Dəfələrlə cəbhə bölgələrində olmuş, UNEC-in kafedra müdiri, professor, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, prorektor, müharibə veteranı Mikayıl Zeynalov, marketinq və kommunikasiya departamentinin direktoru Rasim Şərifov və başqaları çıxış edərək Yeni ildə də tez-tez cəbhə bölgələrindəki döyüşçülərimizə baş çəkəcəklərini vəd ediblər.

UNEC-in Yaradıcılıq Mərkəzi üzvlərinin ifa etdikləri mahnı və şeirlər maraqla qarşılanıb.

Rektor Ə.Muradov hərbi qulluqçuların cəbhə bölgələrindən UNEC-in kollektivi ilə görüşə gəlməsinə şərait yaratdığına görə müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirib.

UNEC-in kollektivi adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan əsgərinə təbrik-müraciət ünvanlanıb. Aprel döyüşlərinin iştirakçılarına xüsusi olaraq təsis edilmiş xatirə nişanları və qiymətli hədiyyələr təqdim edilib.

Vətənpərvərlik tədbiri “Əmrinə hazırıq, cənab Ali Baş Komandan!” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub

Volqa-Xəzər gəmiçilik kanalının bir sahəsində gəmilərin naviqasiyası müvəqqəti dayandırılıb

CGIAR: Rəqəmsal həllərin tətbiqi sağlamlıq təhlükələrinə qarşı daha koordinasiyalı mübarizə aparmağa imkan yaradır

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var