Rumıniyalı cüdoçu “EYOF Bakı 2019”da komandasının ikinci qızıl medalını qazanıb VİDEO




Bakı, 24 iyul, AZƏRTAC
Rumıniyalı cüdoçu Corciya-Barbara Hacianu XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında komandasına ilk qızıl medalı qazandırıb.
AZƏRTAC xəbər verir ki, 40 kiloqramda mübarizə aparan rumıniyalı Giorgiya-Barbara Hagianu Türkiyə təmsilçisi Muberra Günəşi ipponla məğlub edərək qızıl medalı aktivinə yazdırıb.
Bürünc medallara rusiyalı Sofiya Afanasevanı 1:0 hesabı ilə məğlub edən fransalı Juliana Ballo və polşalı Olivia Oniksə ipponla qalib gələn moldovalı Paulina Turkan sahib olublar.