CƏMİYYƏT
Səyyad Salahlı: Qurban bayramının düzgün təqdim edilməməsi onu mahiyyətindən uzaqlaşdırır VİDEO
Bakı, 7 avqust, AZƏRTAC
Qurban bayramının mahiyyətinin düzgün təqdim edilməməsi onu əsl mahiyyətindən uzaqlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda keçirilən konfransda deyib.
Qurban və Ramazan bayramlarının Azərbaycanın iki ən böyük dini bayramı olduğunu diqqətə çatdıran S.Salahlı hər iki əlamətdar günün bütün İslam dünyasında qeyd olunduğunu söyləyib. Təəssüf ki, bəziləri Qurban bayramının mahiyyətini düzgün anlamır. Bu isə bayramı əsl mahiyyətindən uzaqlaşdırmaq deməkdir. Bayramların fəlsəfəsi insanları bir araya gətirməsidir. Bu bayram insanın Allah qarşısındakı imtahanıdır.