CƏMİYYƏT
“Təmiz əllər” kampaniyası davam edir VİDEO
Bakı, 23 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən təmiz əllər kampaniyası davam edir. BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzaidən estafeti qəbul edən İqtisadiyyat naziri Mikayil Cabbarov kampaniyada iştirak edib. Sonra Mikayıl Cabbarov estafeti UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardinə ötürüb.
Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Məlumata görə, kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.