Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında videokonfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfrans iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

-Cənab prezident, xanımlar və cənablar, sabahınız xeyir.

Suma Çakrabarti: Cənab Prezident, sizi görməyimə çox şadam. Bu səhər Avropa Yenidənqurma və İnkişaf Bankının geniş tərkibli heyəti ilə Sizinlə görüşürük. Mənim müavinim Yurqen Riqterinki yəqin ki, xatırlayırsınız. O, bu yaxınlarda Bakıda səfərdə olmuşdur. Burada siyasət üzrə vitse-prezident Pyer Helbron, bankçılıq üzrə vitse-prezident Alan Piyu də bizimlədir. Daha sonra Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone, Qafqaz üzrə regional direktor Katerina Hansen, Azərbaycan üzrə nümayəndəliyin rəhbəri İvana Duarte, siyasi məsələlər üzrə müşavir Aleksander Pavlyuk, mənim ofisimdən Svetlana Pirkalo və nəhayət, Avropa Yenidənqurma və İnkişaf Bankında ölkələr üzrə direktor, sizin nümayəndəniz və bizim dostumuz Taşkın Temiz də buradadır.

Cənab Prezident, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Bu, olduqca qeyri-adi bir görüş tərzidir. Biz Sizinlə istər Bakı, istərsə də Davosda dəfələrlə görüşmüşük. Biz qəribə və qeyri-adi bir dönəmdə yaşayırıq. Əvvəlcə Azərbaycandakı vəziyyət və həyata keçirilən tədbirlər haqqında Sizdən məlumat almaq istərdik. Daha sonra isə mən və heyətim bu böhrandan ən qısa zamanda çıxmaq üçün Azərbaycana hansı dəstəyin verilə biləcəyi ilə bağlı məlumat təqdim edəcəyik. Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm və vəziyyət və görülən tədbirlər haqqında Sizdən məlumat almaq istəyirik.

Prezident İlham Əliyev: Cənab prezident, sizə və Avropa Yenidənqurma və İnkişaf Bankının yüksək rütbəli nümayəndələrinə bu görüşə görə təşəkkür edirəm. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanın yaxın və etibarlı tərəfdaşı olmasının göstəricisidir. Odur ki, çətin vaxtda siz belə təşəbbüslə çıxış etmisiniz. Bu, bizə hazırda həyata keçirilən layihələrimizi nəzərdən keçirməyə, görüləcək işləri müzakirə etməyə və gələcək əməkdaşlığımızı planlaşdırmağa imkan verəcək.

Virus məsələsinə gəldikdə, biz ilk gündən real vəziyyətə əsaslanan tədbirlər görməyə başladıq. Vəziyyətin düzgün dəyərləndirilməsi və bu böhranla məşğul olunması üçün səmərəli komandanın yaradılması bizim üçün çox vacib idi. Azərbaycana bu virus qonşuluqdan gəldi və bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq. Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu.

Daha sonra biz virusun ölkə ərazisində yayılmasının şahidi olduq və mart ayından etibarən məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə başladıq. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə daimi təmasdayıq və bu təmaslar davam edir. Biz vəziyyətin dəyərləndirilməsi üçün ölkəyə mütəxəssislərdən ibarət heyətin göndərilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına müraciət etdik və onlar bunu etdilər və daha sonra bəyanatla çıxış etdilər ki, Azərbaycan zəruri tədbirləri görür. Onlar da öz növbələrində, müəyyən tövsiyələrini verdilər. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayaraq Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunə kimi göstərmişdir.

Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik.

Biz əlavə laboratoriyalar yaratmışıq və hazırda onların sayı 18-dir. Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.

Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq.

İqtisadiyyatımıza təsirə gəldikdə, əlbəttə, təsir mənfi olacaqdır. Bizim ilin əvvəlində müsbət perspektivlərimiz var idi. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir.

Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib.

Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür. Eyni zamanda, bu il biz ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırmışıq. Burada minimal əməkhaqqı verilir və adətən bu, dövlət sektoruna aid olan iş yerləridir. Bu il belə iş yerlərinin sayı 90 min olacaqdır. Biz sosial yardım alan vətəndaşların da sayını artırmışıq. Hər bir belə ailəyə ayda 222 manat ödənilir və onların sayı 80 minə çatmışdır. Bununla yanaşı, 12 min insan üçün, - burada da 70 faiz artım var,- özünüməşğulluq imkanları yaradılıb.

Beləliklə, bu, qeyd etdiyim mənfi təsirə məruz qalmış sahələrdə çalışan, habelə işlərini itirmiş vətəndaşlarımıza təqdim edilmiş iqtisadi və sosial paket haqqında məlumatdır. Burada mən çıxışımı dayandırmaq istərdim. Hər hansı fikir və ya suallarınız varsa buyurun.

Suma Çakrabarti: Təşəkkür edirəm, cənab Prezident. Qeyd etməliyəm ki, qəbul etdiyiniz qərarların və görülmüş tədbirlərin həcmi məndə dərin təəssürat yaratdı. Bununla bərabər, addımlarınız olduqca qətiyyətlidir və Siz çevik hərəkət edirsiniz. Sizin də qeyd etdiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da bunu təqdir etmişdir. Sizinlə 2012-ci ildə baş tutmuş ilk söhbətimi xatırlayıram. Azərbaycanda yoxsulluğun rekord dərəcədə aşağı salınmasına nail olunduğunu qeyd etdik və bir çox insan bundan bəlkə də xəbərsizdir, ancaq bu, dünyada ən yüksək templərdən biri idi. Həmin nailiyyətlərin qorunub saxlanılması, yoxsulların müdafiəsi sahəsində gördüyünüz işlər xüsusilə qeyd edilməlidir. Sahibkarlara dəstək, ailələrə yardım - bunlar zənnimcə, qısa perspektivli deyil, orta perspektivli addımlardır.

Burada Mərkəzi Bankla 50 milyon dollar məbləğində “Swap” razılaşmasının başa çatdırılmasına görə dərin təşəkkürümü bildirirəm. Bu, bizə özəl sektor müştərilərimizin yerli valyutada maliyyələşdirilməsi üçün vacibdir. Buraya korporativ müştərilərimiz, orta və kiçik sahibkarlıq subyektləri və maliyyə institutları daxildir. Biz yaxın həftələrdə 5 müxtəlif tranzaksiya üzrə 20 milyon avroluq ödənişlər edəcəyik. Hesab edirəm ki, ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz.

Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini nəzərə alaraq, böhran vaxtı qeyri-neft sektorunun xüsusilə yaxşı göstəriciləri də qeyd olunmalıdır. Çox gözəl bir hekayədir və gün gələcək Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir.

İstərdim qısaca olaraq planlarımız haqqında məlumat verim. Artıq 5 layihəni qeyd etdim, ancaq işlərimiz bununla məhdudlaşmır. Ötən illərlə müqayisədə keçən il Azərbaycana sərmayə həcmimiz aşağı səviyyədə olub, çünki biz neft-qaz sahəsinə yatırım etmədik və diqqəti orta və kiçik sahibkarlıq sahəsinə yönəltdik. Bu il isə, düşünürəm ki, yenidən Azərbaycana böyük sərmayə yatıracağıq və bu, böhrana cavab tədbirləri və iqtisadiyyatın canlandırılması baxımından düzgün olardı. Biz münbit şərait olduqda bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırırıq. Bu sərmayənin qoyulması üçün bizə suveren və subsuveren zəmanət tələb olunacaq və həmkarlarımdan bu barədə ətraflı danışmağı xahiş edəcəyəm. Bu layihələr xüsusilə dövlət sektorunu əhatə edir və buraya enerji, infrastruktur və İKT sahələri daxildir. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir. Biz Sizinlə 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik və bu mövzunu yenidən gündəmə gətirmək istərdik.

Bilirsiniz ki, biz əvvəllər həmin 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik. Onu işə salmaq istərdik. Bu barədə fikirlərinizi bilmək istərdim. Bu işləri biz Sizin hökumətinizlə irəliyə doğru aparırıq. Elektrik enerjisi şəbəkəsinə gəldikdə, biz şəbəkənin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğini sərmayə kimi yatırmağı təklif edirik. Bu, böhran zamanı cavab tədbirləri və bərpa baxımından çox əhəmiyyətlidir. Həmçinin bərpa olunan enerji mənbələrinə özəl yatırımlar üçün imkanlar yaranar. Daha sonra yaşıl şəhər ideyası var. Azərbaycan yaşıl şəhər təşəbbüsünə qoşulan ilk ölkələrdən oldu. Tullantıların idarə edilməsi layihəsi baxımından Gəncə bu çərçivə təşəbbüsünə mart ayında qoşuldu. Biz təklif edirik, o, ilk yaşıl şəhər layihəsi olsun.

Həmçinin Aztelekom şirkəti ilə bağlı təklifimiz var. Bizim alt suveren 15-25 milyon avroluq mühüm investisiya layihəmiz var. Rayonlarda genişzolaqlı internet imkanları genişlənəcək. Bu da çox vacibdir. Böhrandan sonra bərpa mərhələsi üçün də bunun əhəmiyyəti olacaq. Bizim yeni mühüm infrastrukturlar üzrə proqramımız var. Şuramız onun üzərində razılığa gəlib. Biz Şura üzvlərinə təşəkkürümüzü bildiririk. Yüksək səviyyədə prosedurlar razılaşdırılıb. İstərdik ki, həmin məbləği Sizə daha tez çatdıraq, adi sürətdən daha tez. Bu, həmçinin həmin yeni proqram əsasında olacaq.

Suvarmaya gəldikdə, bir neçə il öncə Siz mənə bildirdiniz ki, kənd təsərrüfatı sektorunda bu sahəyə xüsusi önəm verilir. Biz istərdik bu baxımdan pilot layihəni həyata keçirək, bu sektorda müəyyən yeni texnologiyaları tətbiq edək. Eyni zamanda, biz təklif etdik ki, bu sahədə sığorta qurumu yaransın və biz onu maliyyələşdirək. Hökumətdən, həmçinin bu sahədə təsdiqləməni gözləyirik. Bundan əlavə, böyük həcmdə texniki əməkdaşlıq aparılır. Bir sıra yerli banklarla iş birliyi qurulub ki, onlara riskin idarə edilməsində, problemli kreditlərin həllində, uyğunluğun planlaşdırılmasında və sair işlərdə yardımçı olaq. Biz nəinki bank sektoru vasitəsilə, birbaşa kiçik və orta sahibkarlıq subyektləri ilə də işləyirik. Böhran vəziyyətinə hansı yanaşmanı tətbiq etmək? Bu baxımdan onlara dəstək verilməlidir. Bu da normaldır. Biz bunu da etməyə çalışırıq. Qeyd etməliyəm ki, biz sizin yaşıl iqtisadiyyata keçidə bağlı olduğunuzu bilirik. Bir çox ölkələr çəkinir. Biz isə həmin ölkələr üzrə əməliyyatları genişləndiririk. Bir tərəfdən deyə bilərik, əlbəttə, yaşıl iqtisadiyyat çox yaxşıdır, lakin ölkələr deyir ki, biz axı indi böhran içərisindəyik. Əslində, biz bunu yaşıl rəngə çevrilmə adlandırırıq. Böhran zamanı belə çalışırıq ki, əlavə nəticələri əldə edək, yaşıl iqtisadiyyat inkişaf etsin. Bir sözlə, biz gələcəkdə bərpa olunan enerji təşəbbüslərini dəstəkləyəcəyik. Artıq özəl sektor öz marağını nümayiş etdirir. Bunu nəzərə almalıyıq. Enerjiyə aid qaydaları da nəzərdən keçirməklə yardım etməliyik.

Yekun olaraq, dövlət müəssisələri və dövlət sektoru. Fikrimcə, biz növbəti həftə və ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyirik. Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq, biz, - bilmirəm Azərbaycan dilində də bu kəlam varmı?, - “İşləri məcrasına salmaq” istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez baş versin. Fikrimcə, Azərbaycana gəldikdə, vəziyyət daha yaxşıdır, çünki birinci rübdə artım müşahidə olunub. Lakin biz yalnız bununla arxayınlaşmamalıyıq. Biz hökumətin səylərini və özəl sektorla işi çox fəallaşdırmalıyıq ki, Azərbaycanda bu, baş versin. Bunu da edəcəyik. Mənim bütün həmkarlarımı ekranda görürsünüz. Bütün yüksək rəhbərlik Sizə dəstək vermək üçün buradadır.

Prezident İlham Əliyev: Sağ olun, cənab prezident. Əvvəlcə ölkəmizlə, koronavirusla əlaqədar gördüyümüz işlə və iqtisadi gündəliyimizlə bağlı söylədiyiniz sözlərə görə minnətdaram. Bu məsələləri əvvəllər dəfələrlə müzakirə etmişik. Sonra apardığımız müzakirələri yenidən nəzərdən keçiririk. Görürük ki, planlaşdırdığımız işlərin əksər hissəsini artıq yerinə yetirmişik. Hazırda iqtisadi inkişafımızın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Ötən il biz yaxşı irəliləyişə nail olduq. Bu il isə biz bu istiqamətdə çox uğurla irəliləyirik. Azərbaycanda çoxlu dəyişikliklər olub. Prezident Administrasiyasında, hökumətdə, parlamentdə, yerli icra hakimiyyəti orqanlarında dəyişikliklər baş verib. Onlar davam edir.

Gələcək planlara gəldikdə, mən, həmçinin şəxsən sizə, bankın rəhbərliyinə Azərbaycana önəm verdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Ən vacib infrastruktur və enerji infrastrukturu layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizinə dəstək verdiyinizə görə sizə çox minnətdarıq.

İndi isə biz razılaşdırılmış gündəliyə keçirik. Mən də planlarımızla bağlı dediklərinizi şərh etmək istərdim. Yaşıl proqrama gəldikdə, biz bu məsələyə çox ciddi yanaşırıq. Mənə məlumat verildi ki, hazırda bizdə 9 layihə var. Gəncədə tullantıların idarə edilməsi layihəsinə artıq yaşıl işıq yandırılıb. “Gəncə - Yaşıl Şəhər”, fikrimcə, Azərbaycanın digər böyük şəhərləri üçün yaxşı nümunə ola bilər. Bərpa olunan enerjiyə gəldikdə, biz buna çox həvəslə yanaşırıq. Bu, indi də belədir. Yanvarda biz bərpa olunan enerji sahəsində iki təcrübəli şirkətlə 440 meqavatlıq günəş və külək enerjisi stansiyalarının tikintisi ilə əlaqədar ilkin sənədləri imzaladıq. Bildiyim qədər, Avropa Yenidənqurma və İnkişaf Bankı onlara dəstək verməyi planlaşdırır. Çox vacibdir ki, bu koronavirus həmin şirkətlərin planına müdaxilə etməsin. Bir neçə gün öncə Energetika nazirimiz mənə məlumat verdi ki, onlar öhdəliklərinə ciddi yanaşırlar. Bu, əlbəttə ki, digər böyük şirkətlər üçün də geniş qapıları açacaq. Yəqin bilirsiniz ki, tender prosesində iştirak edən 7 əsas enerji şirkəti var idi. Bu dəfə keçməyən şirkətlərə gəldikdə, biz onlara ayrıca olaraq növbəti danışıqların aparılması təklifi ilə müraciət etmişik. Həmçinin sizin o fikirlə razıyam ki, bu böhran dövründə biz çox ciddi tədbirlər görməliyik. Biz səylərimizi səfərbər etməliyik və daha çox vəsait sərf etməliyik ki, böhrandan çox asan çıxış yolu tapa bilək. Bu, elə bir vəziyyətdir ki, heç kəs buna hazır deyildi. Biz bu vəziyyətdən necə çıxacağıq, fəsadları hansı olacaq, fəsadları necə qiymətləndirməliyik, prioritetləri necə planlaşdırmalıyıq. Buna görə cənab prezident, bizim bankın və sizin dəstəyinizə, ekspert yardımınıza ehtiyacımız olacaq. Çünki söylədiyim kimi, dünyada heç bir ölkə belə vəziyyətlə qarşılaşmamışdır.

Siz, həmçinin suvarma məsələsini qeyd etdiniz. Sizə deyə bilərəm ki, həmin məsələ infrastruktur sektorunda hazırda bizim əsas prioritetimiz ola bilər, çünki bütün digər infrastruktur layihələri demək olar ki, başa çatıb. Ötən il bizdə çox ciddi quraqlıq oldu. Çox ciddi quraqlıq bu il də müşahidə olunur. Anbarlarda saxlanılan su həcmləri heç vaxt görünmədiyi qədər azdır. Ötənilki kimi quraqlığı hətta yaşlı nəsil belə xatırlamır. Bu səbəbdən suvarma ən vacib infrastruktur layihəsinə çevrilir. Bu məqsədlə bu yaxınlarda mən dövlət komissiyasını yaratdım və ona keçmiş İqtisadiyyat nazirimiz, yaxşı tanıdığınız Şahin Mustafayev rəhbərlik edir. Maliyyə naziri, İqtisadiyyat naziri, Ekologiya naziri, Kənd Təsərrüfatı naziri, dövlət suvarma qurumunun rəhbəri bu komissiyasının üzvləridir. Əvvəlcə onlar bizim bütün su ehtiyatlarımızı qiymətləndirəcəklər. Bizdə su ehtiyatlarına nəzarət üçün elektron sistemimiz olmalıdır. Sonra qiymətləndirmə infrastrukturumuz üzərində aparılacaq. Onun əksər hissəsi sovet vaxtının mirasıdır. Bizdə bəzi hallarda su itkiləri hətta 40-50 faiz təşkil edir, çünki həmin kanallar demək olar ki, bütün keyfiyyətini itiriblər. Biz xarici mütəxəssisləri dəvət edəcəyik. Həmçinin sizin dəstəyinizə nəinki maliyyə, o cümlədən ekspert bacarıqları baxımından arxalanırıq ki, bizim həm qısa, həm orta perspektivdə layihələrimiz olsun. Biz uzunmüddətli strateji plan istəmirik, çünki bizim bu halda beş ilə ehtiyacımız olacaq. Biz öz resurslarımızı ayırmağa hazırıq. Əlbəttə ki, bank dəstək versəydi, lap yaxşı olardı. Ən vacibi isə, layihənin lazımi şəkildə idarə edilməsidir. Dövlət müəssisələrinə gəldikdə, İqtisadiyyat naziri bu məsələ üzərində çalışır. Artıq qeyd edildiyi kimi, kommersiyalaşdırma, qismən özəlləşdirmə - biz, ola bilsin, bunu sizinlə müzakirə etməliyik ki, ilkin addımlar hansılar olacaq. Biz, əslində, buna hazırıq. Korporativ idarəçilik məsələsi də var. Hazırda biz bildiyiniz kimi, daha çox əlaqələndirmə məqsədilə ana təşkilat ideyasını müzakirə edirik. Çünki problemlərimizdən biri dövlət şirkətləri arasında əlaqələndirmənin çatışmamasıdır. Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir. Bu məqsədlə əlavə işçi qrupu yaradılacaq.

x x x

Sonra Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın perspektivi ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələrdə İqtisadiyyat naziri Mikayıl Cabbarov və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz Regionu üzrə icraçı direktoru Matteo Patrone çıxış etdilər.

Videokonfrans zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi bir daha Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdi, pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların qarşısının alınması üçün ölkəmizdə görülən səmərəli işlərin böyük əhəmiyyət daşıdığı vurğuladı.

Bildirildi ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla gələcəkdə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Sonda Prezident İlham Əliyev dedi:

-Təşəkkür edirəm, cənab prezident. Bütün həmkarlara iştiraka görə təşəkkür edirəm və böhran başa çatandan sonra sizinlə tezliklə görüşməyə ümid edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında videokonfrans keçirilib YENİLƏNİB VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib