Ermənistan ordusu Füzuli rayonu ərazisini növbəti dəfə raket atəşinə tutub VİDEO
Füzuli, 14 oktyabr, A.Yavər, AZƏRTAC
Humanitar atəşkəs razılaşmasına əməl etməyən Ermənistan silahlı qüvvələri Füzuli rayonu ərazisini növbəti dəfə raket atəşinə tutub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, mülki əhaliyə hədəflənmiş raketlər rayonun 2 kəndində əkin sahələrinə düşüb. Raketlər düşdüyü ərazilərdə dərin çuxurlar əmələ gətirib.
Qeyd edək ki, bundan öncə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu ərazisinə atdığı mərmilər nəticəsində xeyli sayda yaşayış evi dağılaraq yararsız hala düşüb.