Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Kamal Abdulla: Azərbaycanda klassik dilləri bilən mütəxəssislərə ehtiyac var VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC

Xalq yazıçısı, akademik Kamal Abdulla ömrünün kamillik dövrünü yaşayır. Rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində tələbələrinin etibarlı dayağıdır, gözəl pedaqoqdur. Məhsuldar elmi və ədəbi yaradıcılığını əzmlə davam etdirən akademik Kamal Abdulla, həmçinin dilçiliyimizin və ədəbiyyatımızın bugünkü vəziyyəti ilə bağlı silsilə ictimai mühazirələr oxumağa hazırlaşır. Bu yaxınlarda isə görkəmli alim Türk Ədəbiyyatı Vəqfi tərəfindən 2021-ci il üçün “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüb. AZƏRTAC akademik Kamal Abdulla ilə müsahibəni təqdim edir.

-Rektoru olduğunuz Azərbaycan Dillər Universitetinin ölkəmizin ali təhsil sistemində xüsusi yeri var. Keçən il Sizinlə müsahibəmizdə klassik dillərdən tərcüməçiyə ehtiyac olduğunu demişdiniz. Hazırda bu sahədə mütəxəssis hazırlığı nə yerdədir?

-Çox maraqlı sualdır və mən bu barədə öz fikirlərimi dəfələrlə demişəm. Hələ Elmlər Akademiyasında da çalışdığım zaman çox istədim ki, Azərbaycanda dilçilik, ədəbiyyatşünaslıq, fəlsəfə, tarix və bir sıra başqa istiqamətlərdə olan bir boşluğu həmkarlarımın, mənimlə düşüncəsi bir olan mütəxəssislərin yaxından iştirakı ilə doldurum. O boşluq Azərbaycanda indiyə qədər ciddi şəkildə klassik dillərin öyrənilməsi məsələsinin ortaya çıxmamasından yaranmışdı. Klassik dillər deyəndə adətən indi işlənməyən dillər, məsələn, sanskrit, latın, pəhləvi, qədim yunan və bir sıra başqa dillər nəzərdə tutulur. Bunları öyrənmədən müasir dillərin öyrənilməsi tam və dolğun şəkildə aparıla bilməz. Deyə bilərsiniz ki, bəs necə olur bizdə müasir dilləri öyrənmiş şəxslər yetişir? Yetişir. Amma alimlik yoluna düşüncə o dillərin öyrənilməməsi müəyyən sahələrdə özünü göstərir. Təəssüf ki, Azərbaycanda bu dilləri ciddi şəkildə bilən mütəxəssislər yoxdur. Biz düşündük ki, xaricdən bu dilləri bilən mütəxəssisləri Azərbaycana cəlb edək və yaxud o dilləri öyrənmək üçün həmin ölkələrə adamlar göndərək. Təəssüf ki, bu işlərin hamısı yarımçıq qaldı. Bu proses mən Dillər Universitetində çalışdığım müddət ərzində həyata keçirilməyə başladı. Biz Hindistan, Pakistan, Yunanıstan, hətta Rumıniya universitetləri ilə əlaqəyə girdik ki, həmin dillərin mütəxəssislərini universitetimizə göndərsinlər. Bizə müsbət cavablar verildi. O dərslərin burada tədrisi yəni ki, tez bir zamanda başlayacaq. İnanıram ki, biz klassik dillərin, ilk növbədə, sanskritin və latıncanın Azərbaycan humanitar elminə böyük bir dəstək olmalarına nail olacağıq.

-Müasir texnologiyalar tələbələr üçün də yeni imkanlar yaradır. Onlar dillərin tədrisi ilə bağlı internetdə mənbələr əldə edə bilirlər. Azərbaycan Dillər Universiteti ali təhsil sahəsində müasir çağırışlara necə cavab verir?

-Fikrimcə, universitet bir tələbənin püxtələşməsi, onun mütəxəssisə çevrilməsi üçün heç də bütün işləri görə bilməz. Burada tələbənin də öz üzərində çalışması lazımdır. Hər tələbənin öz “universitetləri” olmalıdır. Qorkinin məşhur əsəri var - “Mənim universitetlərim”. Yəni, insan öz üzərində çalışmağı, öz universitetini yaratmağı bacarmalıdır. İndiki halda universitet tələbənin o çalışmalarının bünövrəsini yarada bilər, onun möhkəm dayaq nöqtəsi ola bilər. Əlbəttə ki, internet də çox şeyi əvəz edir, amma hər şeyi əvəz edə bilməz. Sən gərək kitabı da vərəqləyəsən, səhifənin gərək mənəvi hərarətini duyasan. Belə olmayanda bəlkə də o internetdən olan bilik kifayət qədər adekvat şəkildə sənin ümumi bacarığına, vərdişlər sisteminə daxil ola bilmir. Ona görə interneti, kitabxanadan kitab götürməyi, dükandan kitab almağı, evdəki kitabxanadan istifadə etməyi birləşdirməyi bacarmaq lazımdır. Biz universitetimizdə belə bir ənənənin əsasını qoymuşuq. I kurs tələbələri aldıqları hər hansı kitabın çekini universitetə təqdim etdikdə onun pulunu ödəyirik və o kitab universitet tərəfindən həmin tələbəyə bağışlanmış sayılır. Məqsədimiz odur ki, hər tələbənin öz şəxsi kitabxanası formalaşsın.

- ADU beynəlxalq əlaqələrində hansı ölkələrə üstünlük verir?

- Burada hansısa ölkəyə üstünlük verilib-verilməməsindən, elə bilirəm, söhbət gedə bilməz. Dillər Universiteti hələ sovet dövründən Avropanın üç əsas aparıcı dili - ingilis, fransız, alman dilləri üzərində qurulmuşdu. Müstəqillik isə universitetə başqa dilləri də seçmək imkanı yaratdı. İndi bizdə 20-dən çox ixtisas dili tədris olunur. Bu sıraya Skandinaviya ölkələrinin dilləri, Yaponiya, Koreya, İndoneziya, Rusiya, Gürcüstan, İtaliya, Çin, İspaniya və başqa ölkələrin dilləri daxildir. Sanskrit, qədim yunan, yaxud latın dilləri də əlavə olunanda siz müstəqillik düşüncəsinin verdiyi o rəngarəngliyi görə biləcəksiniz.

Ölkələrə üstünlük verilməsi deyəndə, lap axırıncı işimiz dostluq və qardaşlıq nöqteyi-nəzərindən vacib olan ölkələrdən birinin Pakistanın urdu dilinin öyrənilməsidir. Universitetimizdə bu məqsədlə Pakistan dil və mədəniyyət mərkəzinin açılışı yüksək səviyyədə keçirildi. Bizim təklifimizə əsasən, Pakistan Xarici Dillər Universitetində də Azərbaycan dili və mədəniyyət mərkəzi açılacaq. Mən buna çox sevinirəm, çünki Pakistanın bizim haqq işimizdəki rolunu hamımız yaxşı bilirik və bu nöqteyi-nəzərdən Pakistan gəncliyi və elmi ilə Azərbaycan gəncliyi və elmi bir-birinin yanında olsa, bundan yalnız fayda qazanmaq olar.

-Distant təhsilə münasibətiniz...

-Təhsilin formalarından biridir. Lakin təhsilin bütün növlərini, dayaq nöqtələrini onun üzərində qurmaq bəlkə düzgün olmazdı. Distant da ola bilər, canlı da ola bilər. Bunları bir-biri ilə çalışıb üzvi şəkildə birləşdirmək lazımdır. Elə məqamlar olur ki, burada distant şəkildə məsələni həll etmək mümkün olmur. Yəni, sən hökmən tələbənin gözünə baxmalısan, üzünə baxmalısan. Onun bilik həcmini və bilik dərəcəsini müəyyənləşdirməlisən. Elə də olur ki, bunun əhəmiyyəti olmur və sən tələbəyə hər hansı bir biliyi uzaqdan ötürə bilirsən. Başqa formalar da var. Məsələn, biz alışmışıq ki, bir nəfər mühazirə oxuyur, xeyli nəfər də qulaq asır. Mən Strasburq Universitetində mühazirə deməyə dəvət olunmuşdum. Mühazirəyə fransız dilinə tərcüməçimlə qoşuldum. Bu, görkəmli fransız türkoloqlarından biri idi. Bir də gördük ki, mənim mühazirəm bizim ikimizin bir-biri ilə söhbətinin əsasında keçir. Yəni, biz bir-birimizlə mübahisə edə-edə nəyisə sübut edirdik, izah edirdik, tələbələr də bu prosesə qoşulurdular. Bu cür tədris formatından mən də, digər iştirakçılar da böyük mənəvi zövq aldıq.

Distant təhsilə normal baxıram. Amma bu, o demək deyil ki, pandemiyadır, biz ancaq onlayn təhsil sistemində yaşamalıyıq. Müxtəlif formalar bir-birini tamamlaya bilər.

-Universitetinizdə özünüidarə forması - “Birgünlük xəlifə” mövcuddur. Elə olubmu ki, “Bir günlük xəlifə”nin qəbul etdiyi qərar sonralar da universitetin idarə edilməsində tətbiq olunsun? Yəni, tələbələrin qəbul etdiyi qərar yaxşı bir nümunə kimi universitetdə həyata keçirilsin?

-Bu layihəni mən Bakı Slavyan Universitetində çalışdığım zaman həyata keçirməyə başladım. Tələbələr son dərəcə ciddi hazırlaşırdılar həmin günə. Dillər Universitetində də çox sevindim ki, tələbələrim mənim bu ideyama səs verdilər və layihəni həyata keçirməyə başladıq. Bu yaxınlarda son “xəlifə”lər artıq seçiliblər və fəaliyyət göstərəcəklər. Heç bir vəzifəli şəxs bu prosesə qatıla bilmir. Tələbələr özləri seçir, bir-biri ilə debata girirlər. Bir-birinə, xüsusilə də tələbələrə sübut etməyə çalışırlar ki, sən səsini mənə ver. Bax, belə bir ciddi prosesdən sonra rektor, prorektorlar, dekanlar, şöbə müdirləri seçilir və həmin gündən sonra ilboyu “kölgə kabineti” kimi fəaliyyət göstərirlər, təkcə bir günlə kifayətlənmirlər. Universitetin ictimai, tədris həyatında yaxından iştirak edirlər. Bu, gənclərin formalaşması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin gündən sonra rektoratda, yaxud elmi şurada biz o tələbələrin verdikləri əmrləri hökmən müzakirə edirik. Adətən, 40 əmrdən bəlkə də 35-36-nı təsdiq edirik. Bəzən verilən qərarlar maliyyə tərəfi nəzərə almır. Bəzən subyektivizmə yol verilir. Biz bunları tələbələrə izah edirik və onlar bizimlə razılaşırlar. Yəni, konsensus olmadan biz o əmrin üstündən keçmirik. Tələbələr son dərəcə ağıllı, düşünülmüş qərarlar verirlər. Mən sevinirəm ki, onlar bizim görə bilmədiyimiz, bizim etməyi belə çətin ağlımıza gələn məsələləri ortaya atırlar. Bizdən daha uzağı görürlər və onu universitetdə həyata keçirmək istəyirlər. Ən azından buna cəhd edirlər.

-Azərbaycan Dillər Universiteti məzunların iş probleminin həllinə nə kimi dəstək göstərə bilir?

-Bizdə karyera ilə məşğul olan qurum var. Elə tələbə var ki, universiteti bitirib. Amma ya zaman keçir, ya da bu gün işləmək istədiyi yerdə tələb olunan biliyi vaxtilə universitet ona tam verə bilməyib. O, universitetə qayıdıb dil biliyində olan hansısa boşluğu doldura bilir. Struktur belə qurulub ki, dillə, yaxud başqa fənlərlə bağlı çətinliyi varsa, biz ona kömək edirik. Bəzən isə tələbələrimiz IV kursdan təcrübəyə gedir, elə çox zaman orada da işə götürülürlər. Bu gün o qədər istedadlı gənclər yetişib ki, təkcə dili bilməyinə görə deyil, ümumiyyətlə, həyat hadisələrinə münasibətinə görə, azərbaycanlılıq anlayışının bunlarda hakim olmasına və digər müsbət keyfiyyətlərinə görə onları hələ tələbə ikən işə dəvət edirlər.

-Keçən il Azərbaycan Dillər Universiteti də Vətən müharibəsini yaşadı. Eyni zamanda, xalqımızın haqq səsinin dünyaya çatdırılmasında ADU-nun kadr potensialı, xüsusən dil baxımından, daha çoxdur...

-Universitetimiz öz potensialından, deyərdim ki, tam şəkildə istifadə etməyə çalışdı. Bilirsiniz ki, Azərbaycan həqiqətlərini dünya xalqlarına, cəmiyyətlərə, ölkələrə, ölkələrdəki qurumlara çatdırmaq o qədər də asan iş deyil. Bizim həqiqətimizə inananlar da var, inanmayanlar da var. Bilib inanmayanlar da var, bilməyib inanmayanlar da var. Biz Azərbaycan həqiqətləri ilə bağlı 104 ölkəyə 22 dildə 4610 məktub göndərdik. Hətta bir çox cavablar da gəldi. Məsələn, Fransa Senatından, İtaliya universitetlərindən, Rusiyadan cavablar gəldi. Əlbəttə ki, bu həqiqətlərin çatdırılmasının müəyyən psixoloji məqamı da var - müraciətlər onların dillərində edilirdi. Bunun da öz əhəmiyyəti var idi.

Bizim üç şəhidimiz var. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Universitetimizdə tələbəmiz olmuş şəhidlərin adına üç auditoriya var.

-Keçən il Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası yaradılıb və Siz bu barədə AZƏRTAC-a açıqlama da verdiniz. Hazırda Assosiasiyanın fəaliyyəti nə yerdədir?

- Bizdə tərcümə işi pis deyil. Tərcümə fakültəsi də var. Başqa peşəkar tərcüməçilərimiz var ki, bu istiqamətdə fəaliyyət göstərirlər. Amma bütün bunlar bir sistem daxilində olmalıdır. Yəni, bu gün Azərbaycan ədəbi məfkurəsinə, Azərbaycan ədəbiyyatı ilə, dünya ədəbiyyatı ilə məşğul olanlara hansı əsərlər, hansı ölkə yazıçılarının əsərlərinin tərcüməsi lazımdır, yaxud bizim hansı əsərləri hansı ölkələrdəki auditoriyalara çatdırmaq lazımdır kimi suallara cavab vermək asan deyil. Biz çoxdan hazırladığımız “Azərbaycan tərcümə ensiklopediyası”nı nəhayət ki, çap etdik. Əlbəttə ki, bu, birinci işimiz idi və burada müəyyən nöqsanlarımız da yox deyildi. Biz bunu dəfələrlə mütəxəssislərimizlə müzakirə etdik və düzəldilmiş, tamamlanmış ikinci nəşri artıq hazırlamışıq. Bu mənada Tərcüməçilər Assosiasiyasının bizim nəşriyyatlarımız, universitetlərimiz ilə birgə fəaliyyəti çox vacibdir. Onu da etiraf edim ki, pandemiya olduğu üçün Assosiasiya bütün gücü ilə fəaliyyət göstərə bilməmişdir. Amma Azərbaycan dilindən və Azərbaycan dilinə olan tərcümələrin sistemli mənzərəsini vermək, sistemli şəkildə bu işə girişmək son dərəcə vacibdir. Dillər Universitetindəki tərcüməçilərin, peşəkar mütəxəssislərin fikrincə, biz bunun öhdəsindən gələcəyik.

-Siz alim və yazıçı olaraq yaradıcılığınızın ən yüksək zirvəsindəsiniz. Azərbaycan elminin və ədəbiyyatının bu gününü Xalq yazıçısı və akademik Kamal Abdulla necə qiymətləndirir?

-Mən belə deyərdim: daha yaxşı ola bilərdi. Bütün elmlərlə bağlı fikir söyləməyə mənəvi səlahiyyətim çatmaz. Amma dilçilik və ədəbiyyatşünaslıq haqqında bunu deyə bilərəm. Bizim dilçiliymizdə müəyyən böhran baş verir. Böhran onunla bağlıdır ki, ciddi və dərin əsərlər işıq üzü görmür, yaxud diqqətdən kənarda qalır.

Akademiyada mən çalışarkən biz dilçiliklə, Dilçilik İnstitutunun fəaliyyətinin yenidən qurulması ilə bağlı bölmədə müxtəlif tədbirlər keçirir, alimlərlə, deputatlarla, adi vətəndaşlarla, əməkdaşlarla söhbətlər aparırdıq. Bu, silsiləli və sistemli şəkildə həyata keçirilirdi və yəqin ki, o söhbətlərdə iştirak edənlər bunu gözəl xatırlayırlar. O zaman doğrudan da çox ciddi nəticələrə gəldik. Həmin nəticələr bu gün Dilçilik İnstitutunun strukturunda özünü göstərir. Təəssüf ki, ancaq strukturun adında. Məsələn, Monitorinq şöbəsi yaradıldı ki, bu, Azərbaycanda dil situasiyanı tənzim etməli idi. Bilirik ki, müxtəlif rayonlarda, şəhərlərdə dildən doğru-düzgün istifadə edilməyən hallar var. Monitorinq qrupunun üzvlərinin o rayonlara gedib yerindəcə vəziyyəti öyrənib təkliflərini verməsi nəzərdə tutulurdu. Rayondakı təşkilatlarla müqavilələr bağlanılmalı idi, instituta maliyyə vəsaiti gəlməli idi. Çox cəhd etdim, kömək göstərdim ki, bu, həyata keçsin, lakin həyata keçirilmədi. Nə üçün? Onun öz səbəbləri var. Yeri gələndə mən onların hamısı barədə ayrıca danışa bilərəm. İnstitutda qədim dillər şöbəsi yaradıldı, amma şöbənin fəaliyyəti qənaətbəxş deyil. Bir qədər əvvəl qeyd etdim: buraya sanskrit dilini, latın dilini bilənlər gələcək. Mən çox istərdim ki, latın dilini bilirəm, sanskriti, etrusk dilini, italyan dilini bilirəm, “filan dilləri bilirəm” deyənlər həmin o mütəxəssislərin yanında sözlərini desinlər. Ciddi elm, ciddi dilçilik bir az başqadır. Bu adamların düşündükləri deyil. Biz o zaman bunun üçün əlimizdən gələni etdik. Biz o zaman bölmədə çox çalışdıq qədim dillər öyrənmək məqsədilə xaricə adamlar göndərək. Alınmadı. Mən orada işlədiyim hər günün, hər saatın hesabatını verməyə hazıram. Mənə elə gəlir ki, indi də gec deyil və biz Azərbaycanın ciddi alimləri ilə bir yerdə hamımız əl-ələ verib bu boşluqları, bu çatışmazlıqları doldura biləcəyik.

-Biz bilirik ki, Siz dilçilik və mifologiyanın qovşağında olan hadisələrin tədqiqinə önəm verirsiniz. Bununla bağlı gələcək planlarınız barədə danışardınız.

- Doğrudur, mən son zamanlar belə bir maraqlı istiqamətdə çalışmağa cəhd göstərirəm. Mifoloji dilçilik - mifolinqvistika adlanan bu sahə Azərbaycan dilçiliyində, belə demək olarsa, yeni bir sahədir. Adda-budda şəkildə buna müraciət edənlər yəqin ki, olub. Amma sahə kimi, istiqamət kimi bu, yenidir. Mənə elə gəlir ki, bunların qovşağında baş verən proseslər həm müasir dilimizin, həm dil tariximizin, həm də fəlsəfənin və semiotikanın bir çox məsələlərini açıb üzə çıxarmağa bizə imkan verəcək. Bir nümunə gətirim. Azərbaycan dilində belə bir ifadə var: “de görüm”. “Kitabi-Dədə Qorqud”da da bu ifadə belə işlənib: “De, bakalım, nə dersən”. İndi mən sual vermək istəyirəm. Deyiləni necə görə bilərsən? Sən axı “de görüm” deyirsən. Yəni, de, mən də onu görüm. Bax bu, mifoloji cəhddir.

Bizdə çox vaxt özü barədə deyirlər ki, dil tarixçisiyəm. Füzulinin, Dədə Qorqudun dilindən yazan dil tarixçisi ola bilməz. Dil tarixçisi dillərin ədəbiləşməsindən əvvəlki dövrün dil hadisələrini və qanunauyğunluqlarını öyrənən bir mütəxəssisə deyilə bilər. Dil tarixçisi bədii-ədəbi mətnlə əlimiz çatmayan yerin tarixçisidir. Bax, haman o dövrdə sözü görüblər. Söz mifoloji personifikasiya olunmuş şəkildə mövcud olub. Söz gəlib, söz gedib, söz hərəkət edib. Dədə Qorqudda belə bir ifadə var: “qarşı yatan qara dağ”. Dağ yatar? Bax, bunun adına XIX əsr dilçiliyində “dil xəstəliyi” deyilib. Dil “xəstə” olub ki, gücü çatmayıb “qarşıda duran qara dağ, ala dağ” desin, çünki o “durmaq” sözü hələ kəşf olunmayıb. Mənim aləmimdə belə maraqlı məsələlər bizə həm müasir dilimizin bəzi məsələlərini daha dərindən bilmək imkanı yaradır, həm də dil tariximizin. Çünki biz həmin dil tarixinə hələ çox nadir hallarda gedib çıxmışıq. Təkcə Vaqifin dilindən yazmaqla dil tarixçisi olmur. Vaqifin dilini Dədə Qorqudun dili ilə müqayisə edərkən, bəli, biz dil tarixçisinə çevrilirik. Dədə Qorqud dövrünün insanları olan qədim oğuzlar qarşıdakı dağın həqiqətən yatdığına inanıblar. İnanıblar ki, o dağ nə zamansa ayılacaq. Həmin istiqamətdən yanaşanda biz yatan dağın oyanışına inanan insanı, sonra yatan dağın oyanışına inanmayan insanı görürük, bu zaman onu bir ədəbi-bədii fiqur kimi, metafora kimi qəbul edirik. Metaforadan əvvəl isə biz onu müstəqim şəkildə qəbul edirik. Dağın yatdığına inanan insan olub ki, bunu elə belə də deyib. Bax, bu mifoloji dərinlikləri dildən tut budağından tutları çırpan kimi silkələyib çırpmaq lazımdır. İdeyalar çoxdur, söhbətlər də tükənməzdir.

Eyni zamanda, mən mifolinqivistika ilə yanaşı, həm də dilçiliyimizlə bağlı, dilçiliyimizin bugünkü vəziyyəti ilə, ədəbiyyatımızın vəziyyəti ilə bağlı silsilə ictimai mühazirələr oxumağa hazırlaşıram.

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

Akademik Kamal Abdulla: Azərbaycanda klassik dilləri bilən mütəxəssislərə ehtiyac var VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib

Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib

Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər ölüb

Almaniya: CDU ilk dəfə hər hansı əyalət parlamentində təmsilçilik hüququ qazana bilməyib

Husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda neft qiymətləri yüksəlib

Hind okeanında güclü zəlzələ baş verib

ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib

Kanada və Fransa kosmik infrastrukturu birgə inkişaf etdirəcək

“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY