2012-Cİ İLDƏ AVROPA ÇEMPİONATI UKRAYNA VƏ POLŞADA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, 2012-ci il Avropa futbol çempionatını qəbul edəcək ölkəni müəyyənləşdirmək üçün aprelin 18-də Böyük Britaniyanın Kardiff şəhərində keçirilən müsabiqənin qalibləri məlumdur. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İcraiyyə Komitəsinin 12 üzvünün gizli səs verməsi nəticəsində Ukrayna və Polşa qalib elan edilmişdir. Onların bu hüquq uğrunda rəqibləri İtaliya, Xorvatiya və Macarıstan idi.
2012-ci il Avropa çempionatının keçirilməsinə dair Ukrayna-Polşa birgə layihəsinin təqdimatı mərasimində prezidentlər Viktor Yuşşenko və Lex Kaçinski də iştirak etmişlər.
Ukrayna prezidentinin mətbuat xidməti bildirmişdir ki, Viktor Yuşşenko UEFA İcraiyyə Komitəsinin bu qərarını alqışlamışdır. O əmindir ki, çempionatın keçirilməsi, Avropa futbol ailəsinin ən yaxşı nümayəndələrini qəbul etmək ukraynalılar və polşalılar üçün gözəl imkan olacaqdır. Ukrayna və Polşa belə mühüm tədbirin yüksək səviyyədə keçirilməsini təmin etməyə qadirdir.
Xatırladaq ki, 2008-ci il Avropa çempionatı Avstriya və İsveçrədə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]