Komandamız Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında gümüş medal qazanıb VİDEO
Bakı, 23 avqust, AZƏRTAC
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında komandamız gümüş medal qazanıb.
Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət "üçlük" yalnız Çin komandasından geri qalıb.