3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda 2-ci mərhələnin qalibi bəlli olub








Bakı, 16 may, AZƏRTAC
Bakı İdman Sarayında 3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda 2-ci mərhələnin oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci mərhələnin final oyununda RİOEUGİM 2 komandası 19-13 hesabı ilə "AzStars"a qalib gələrək mərhələnin qalibi olub.
Final oyunun ən dəyərli basketbolçusu (MVP) RİOEUGİM 2 komandasından Leyla Allahverdiyeva seçilib. Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
Qeyd edək ki, liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.