Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir VİDEO

Vaşinqton, 28 fevral (AZƏRTAC). Fevralın 27-də ABŞ Konqresinin binasında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Azərbaycanın Dostları Assambleyasının təşkilatçılığı ilə keçirilmiş və geniş marağa səbəb olmuş mərasimdə çoxsaylı konqresmenlər, o cümlədən müxtəlif dövlət strukturlarının nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının üzvləri, Vaşinqtonda fəaliyyət göstərən analitik mərkəzlərin mütəxəssisləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, Xocalıda törədilmiş dəhşətli qətliamın heç bir humanizm prinsipinə sığmadığını, insanlıq əleyhinə ən ağır cinayət olduğunu diqqətə çatdırmışdır. O, qətliamın günahsız qurbanlarının xatirəsinin Azərbaycan xalqı tərəfindən daim uca tutulduğunu və bu kimi faciələrin yaşanmaması üçün tezliklə münaqişənin nizamlanmasının labüd olduğunu vurğulamışdır.

ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Pensilvaniya ştatını təmsil edən konqresmen Bil Şuster Azərbaycan xalqının kədərini bölüşdüyünü və insanlıq əleyhinə cinayətlərin bütün hallarda demokratik və humanist dəyərlərə zidd olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Azərbaycan xalqının kədərini dərindən hiss edən Amerika xalqı da 2001-ci il sentyabrın 11-də faciə ilə üzləşmişdir.

Florida ştatını təmsil edən xanım İlena Ros-Lehtinen 22 il əvvəl Xocalıda baş vermiş dəhşətli qırğının qurbanlarını dərin hüzn hissi ilə andığını və faciədə yaxınlarını itirmiş ailələrin yanında olduğunu bildirmişdir. Ros-Lehtinen bu faciəni törədənləri kəskin qınadığını əlavə etmişdir.

Azərbaycanın ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan Ros-Lehtinen artıq özünü etibarlı müttəfiq kimi təsdiq etmiş Azərbaycanın dəstəklənməsinin zəruriliyindən danışmışdır. İ.Ros-Lehtinen Azərbaycanın İsrail ilə əməkdaşlığını xüsusi qeyd etmiş, kifayət qədər həssas şəraitdə bu ölkənin münasibətlərin dərinləşməsi istiqamətində atdığı addımların dəyərləndirilməsinin önəmli olduğunu diqqətə çatdırmışdır.

ABŞ-ın Texas ştatını təmsil edən konqresmen Ted Po Xocalı faciəsi ilə bağlı həqiqətlərin zamandan asılı olmayaraq yayılmasının və xatırlanmasının bu cür qətliamların gələcəkdə qarşısının alınmasında birgə səylərin gücləndirilməsini şərtləndirdiyini bildirmişdir. Azərbaycan rəhbərliyinin xalqın mənafeyinə uyğun qərarlar qəbul etdiyini bildirən T.Po bu yanaşmanın digər dövlətlər üçün də nümunə olduğunu söyləmişdir.

Nyu Meksiko ştatının təmsilçisi xanım Mişel Qrişman 1992-ci il fevralın 26-da 600-dən çox günahsız insanın ağlasığmaz amansızlıqla qətlə yetirilməsinin çox kədərli olduğunu bildirmiş və faciə qurbanlarının xatirəsini xüsusi ehtiramla andığını vurğulamışdır.

Nyu York ştatından xanım İvet Klark Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırmasının zəruriliyini bildirmiş, qətlə yetirilmiş insanların yaşamaq haqqının əlindən alınmasının ən böyük ədalətsizlik olduğunu vurğulamışdır. Azərbaycanda səfərdə olduğunu və ölkənin inkişaf edən demokratik cəmiyyətində demokratik dəyərlərin kök saldığını deyən İ.Klark bildirmişdir ki, bu istiqamətdə səylər alqışlanmalı və dəstəklənməlidir.

Texas ştatını təmsil edən daha bir konqresmen Henri Kuellar Azərbaycan hökumətinə müxtəlif sahələrdə əməkdaşlığa və ortaq baxışa görə təşəkkürünü bildirmiş və ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə etmişdir.

Texas ştatından Cin Qrin ABŞ-Azərbaycan əlaqələrinin inkişafının yeni perspektivlər vəd etdiyini bildirmişdir.

Oklahoma ştatından konqresmen Cim Bradenstayn təmsil etdiyi ştat ilə Azərbaycan arasında hərbi tərəfdaşlıq proqramı çərçivəsində nümunəvi əlaqələrin digər sahələrə də nüfuz etdiyini bildirmişdir. O, Azərbaycanın strateji önəmindən bəhs etmiş, bu xüsusda ölkənin ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təminində oynadığı həlledici roldan danışmışdır.

Tədbirdə Texasdan Pete Olson, Şeyla Cekson Li, Al Qrin, Ralf Hol, Pete Qaleqo, Ohayo ştatından Mayk Törner, Pensilvaniyadan Mayk Doyl, Çarli Dent, Virciniyadan Cim Moran, Nyu Cersi ştatından Donald Payn də daxil olmaqla ümumilikdə 30-dək konqresmen iştirak etmişdir.

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş fotosərgi ilə tanış olmuş, “Xocalıya ədalət!” kampaniyası barədə məlumatlandırılmış və bu kampaniyaya qoşulmağa çağırılmışlar.

Sonda tanınmış kamança ifaçısı, məşhur San Fransisko Dünya Musiqi Festivalının prodüseri və Qlobal Musiqi bölməsinin direktoru İmamyar Həsənovun ifasında dahi bəstəkarımız Fikrət Əmirovun müəllifi olduğu “Kor ərəbin mahnısı” əsəri səsləndirilmişdir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Vaşinqtonda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa portalı ADEX-2026 sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib