“5 MART-BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ” MÜNASİBƏTİLƏ ÜMUMŞƏHƏR TƏDBİRİ KEÇİRİLƏCƏKDİR
Bakı, 2 mart (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 5 Mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə ümumşəhər tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur. Böyük bir ərazini əhatə edəcək tədbirdə müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və asfalt üzərində yaşlı uşaqların fərdi rəsm sərgisi olacaqdır. Tədbirdə müxtəlif federasiyaların, Bakı şəhərində fəaliyyət göstərən aparıcı idman klublarının, Uşaq-Gənclər İdman Məktəblərinin, cəmiyyətlərin rəhbərləri və idmançıları iştirak edəcəkdir.
Həmin gün Bakı İdman Sarayında sambo güləşinin 50 illiyi münasibətilə yarış keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]