Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Azərbaycan-Rusiya Ekspert Şurasının fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Bakıda Azərbaycan-Rusiya Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclası keçirilib. Tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiyanın Beynəlxalq Məsələlər Şurası tərəfindən birgə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya əlaqələrinin Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Azərbaycan-Rusiya əlaqələrinin tarixi dərin köklərə əsaslandığını və ölkələrimiz arasında münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını, bu prosesdə iki ölkənin dövlət başçılarının etibarlı dialoqunun mühüm rolunu qeyd edən Hikmət Hacıyev iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib və münaqişəyə son qoyulub. Üçtərəfli Bəyanatın əhəmiyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Zəfəri ilə regionda yeni reallıq yaradıb.

Ölkələrimiz arasında qarşılıqlı fəal əməkdaşlıqdan danışan Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, indiki münasibətlərimiz Azərbaycanın və Rusiyanın tarixi ənənələrinə uyğundur. Azərbaycan-Rusiya Ekspert Şurasının ikitərəfli münasibətlərin dərinləşməsində böyük rolunu qeyd edən Hikmət Hacıyev Azərbaycan və Rusiya ekspertlərinin əməkdaşlığına üçüncü tərəfin də qoşulacağına inamını ifadə edib.

Ekspertlər Şurasının iclasına videoformatda qoşulan Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib: “Azərbaycan-Rusiya Ekspert Şurasının formatı açıq diplomatiyanın bir növü kimi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Düşünürəm ki, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, etimadın möhkəmləndirilməsi hazırkı şəraitdə daha mühüm əhəmiyyət kəsb edir.

Rus dilinin xalqlarımız arasında anlaşma dili olmasından məmnunluğunu ifadə edən Andrey Kortunov bildirib ki, Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq. Qafqaz xalqları öz qonaqpərvərlikləri ilə həmişə fərqləniblər. Yüz illər ərzində Qafqazda qapalı sistemin mövcudluğu çoxəsrlik problemlərdən biridir: “Region diqqət mərkəzində saxlanılmalı və əməkdaşlığımızın hüdudları genişlənməlidir”.

Qarşılıqlı münasibətlərdə konstruktivliyin əhəmiyyətindən danışan Andrey Kortunov obrazlı şəkildə deyib: “Azərbaycan və Rusiya zamanın və dünyanın axınında eyni gəmidə üzürlər”. Dünyanın nəhəng güclərindən olan Çinin Rusiya və Azərbaycanla əlaqələrindən bəhs edən Kortunov qeyd edib ki, pandemiyadan sonra əməkdaşlıqda marağı olan ölkələr arasında münasibətlərin yeni dinamikası hiss olunur.

“Azərbaycan-Rusiya əlaqələrinin inkişafı və mehriban münasibətlər regionda sabitliyin və təhlükəsizliyin təminatına imkan verir”, - deyən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında nəqliyyat və kommunikasiyaların yenidən qurulması işi aparılır. 3+3 formatının əhəmiyyətindən danışan rusiyalı səfir Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya məsələlərinin həll edilməsinin vacibliyini vurğulayıb.

Səfir Rusiya-Azərbaycan Ekspert Şurasının iclası və onun nəticələri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini diqqətə çatdıran Mixail Boçarnikov ekspert rəyinin ikitərəfli münasibətlərdə mühüm amillərdən biri olduğunu qeyd edib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsinin regionda təhlükəsizlik və əməkdaşlıq üçün çox mühüm olduğunu və Azərbaycanın və Rusiyanın bu məsələdə maraqlarının üst-üstə düşdüyünü bildirib.

Azərbaycan-Rusiya Ekspert Şurasının iclasının ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyindən əminliyini ifadə edən Elşad İskəndərov deyib: “Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir. Cənubi Qafqazın inkişaf edən regiona çevrilməsi bizdən asılıdır. Nəqliyyat və kommunikasiya şəbəkəsinin qurulması Avropa və Asiya ilə körpünün yaradılmasında çox əhəmiyyətlidir və bu da maraqlı tərəflərin iqtisadiyyatına, inkişafına mühüm töhfə verəcək”.

O, həmçinin bildirib ki, Azərbaycan-Rusiya əlaqələri iki ölkə lideri arasındakı qarşılıqlı etimada və dostluq münasibətlərinə əsaslanır.

İki ölkə arasında yaxın münasibətlərdən danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Azərbaycan ilə Ermənistan arasında gərginliyin nizama salınmasında Rusiyanın dəstəyini qeyd edib. Bildirilib ki, Azərbaycan-Rusiya Ekspert Şurasının ilk iclasının keçirilməsi yenilikdir və ümid edirik ki, bugünkü toplantı Azərbaycan-Rusiya əlaqələrinin sonrakı inkişafına öz töhfəsini verəcək. Şura iki ölkənin ekspertləri arasında beynəlxalq münasibətlər üzrə fikir mübadiləsinin aparılmasında platforma rolunu oynayır.

Panel müzakirələri formatında davam edən Şuranın iclasında Azərbaycan və Rusiyanın ekspert mərkəzlərinin aparıcı nümayəndələri ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional təhlükəsizlik problemləri, qlobal çağırışlar fonunda əməkdaşlıq və iki dövlətin gündəmində olan digər aktual məsələlərə dair təqdimatlar ediblər, fikir mübadiləsi aparıblar. Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə və Qarabağ münaqişəsinə son qoyulması ilə Cənubi Qafqaz regionunda formalaşmış yeni reallıqlar şəraitində Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyəti və perspektivləri müzakirə olunub.

Çıxışlarda, həmçinin Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginlik mövzusuna toxunularaq, regionda yeni hərbi eskalasiyasının yolverilməzliyi qeyd edilib. Eyni zamanda, Rusiya və Azərbaycanın regionda uzunmüddətli sabitlik konfiqurasiyasının qurulmasında maraqlı olduqları vurğulanıb.

Müzakirələrdə Rusiya Federasiyasının, Azərbaycan Respublikasının prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarında müəyyən olunmuş məsələlərin gecikmədən həllinin zəruriliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan və Ermənistanın beynəlxalq tanınmış sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin tez bir zamanda başlanılması postmünaqişə gərginliyinin de-eskalasiyası üçün alternativi olmayan addımdır. Həmçinin regionda uzunmüddətli sülh üçün dayanıqlı əsas təşkil edən üçtərəfli bəyanatların icrasına mane olmağa yönələn regionxarici aktorların destruktiv təsirinin yolverilməzliyi vurğulanıb.

Ekspert Şurasının üzvləri Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsində ekspert ictimaiyyətinin əməkdaşlığının mühüm rolunu qeyd ediblər.

Tədbirin sonunda Azərbaycan-Rusiya Ekspert Şurasının fəaliyyətinin daimi əsaslarla həyata keçirilməsini ehtiva edən kommünike imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir