REGİONLAR


Lənkəranda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Lənkəran, 21 iyun, Bağır Əliyev, AZƏRTAC

İyunun 21-də Lənkəran Şəhər İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində dövlət qulluqçularının böyük əməyi var. Onlar tapşırılan sahədə səylə çalışır, Vətənə, dövlətə, cəmiyyətə layiqincə xidmət edirlər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun dövlət qulluqçularının səmərəli fəaliyyəti üçün geniş imkanlar açdığını vurğulayan T.Qaraşov Lənkəran rayonunda çalışan dövlət qulluqçularının da sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsində səylə çalışdıqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə dövlət qulluqçularının iş və maddi-məişət şəraitinin yaxşılaşmasına, təhsilinin artırılmasına və iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq qayğı göstərilir, çalışdıqları sahədə fərqlənən dövlət qulluqçularının əməyinin qiymətləndirilməsinə Azərbaycan Prezidenti tərəfindən daim diqqət yetirilir.

Yığıncaqda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın dövlət qulluqçularının peşə bayramı ilə bağlı məruzəsi dinlənilib.

Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.