Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
Bakı, 24 dekabr, AZƏRTAC
Erməni xalqı nə vaxt bizim torpaqlarımıza, Qarabağa, Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən, necə və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövlətlərinin olmadığını qeyd edən Azərbaycan Prezidenti deyib: “Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq”.
Dövlətimizin başçısı bildirib ki, bununla paralel olaraq biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. “Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Almaniyada buzlu yağış ciddi fəsadlara səbəb olub
- 05.02.2026 [23:50]
"Fənərbağça" Türkiyə Kubokunda 2-ci qələbəsini qazanıb
- 05.02.2026 [23:39]
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib
- 05.02.2026 [23:29]
Yaponiyanın Baş naziri martda Ağ Evə səfər edəcək
- 05.02.2026 [23:04]
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
- 05.02.2026 [21:27]
Azərbaycan Kubokunda 1/4 finalın ilk matçlarına yekun vurulub
- 05.02.2026 [21:15]
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb
- 05.02.2026 [20:45]
Ekspert: Gümüşün qiymətində kəskin artım spekulyativ xarakter daşıyıb
- 05.02.2026 [19:16]
Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb
- 05.02.2026 [19:10]
“Sabah” Qabon millisinin hücumçusunu transfer edib
- 05.02.2026 [18:42]
Dünya mediası Azərbaycan Prezidentinin BƏƏ səfərindən yazmaqda davam edir
- 05.02.2026 [18:08]
Geosiyasi amillərin neft bazarına təsiri davam edir
- 05.02.2026 [17:53]
Günay Əfəndiyeva: Bu gün Milli Xalça Muzeyi, əslində, bir ilkə imza atır
- 05.02.2026 [17:35]
Rusiya klubu “Qarabağ”ın sabiq qapıçısı ilə müqaviləni yeniləmək istəyir
- 05.02.2026 [17:31]
İsveç Ukraynaya enerji təchizatı üçün 1 milyard kron ayıracaq
- 05.02.2026 [17:30]
Azərbaycan basketbol yığmalarının seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 05.02.2026 [17:30]
Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib
- 05.02.2026 [17:22]
İncəsənət və memarlığın inkişafında dil mədəniyyətinin rolu böyükdür
- 05.02.2026 [17:04]
Avropa futbolunda qış transfer pəncərəsinin ən sərfəli keçidləri açıqlanıb
- 05.02.2026 [16:42]
Azərbaycan Kuboku: “Qarabağ” səfərdə “Şamaxı”ya uduzub
- 05.02.2026 [16:41]
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
- 05.02.2026 [16:31]
Şeyx Zayed irsi və qlobal liderlik modeli - ŞƏRH
- 05.02.2026 [16:24]
İndoneziya iqtisadiyyatı ötən il 5,11 faiz artıb
- 05.02.2026 [16:21]