Prezident İlham Əliyev: Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir ayrılığımız yoxdur
Bakı, 28 yanvar, AZƏRTAC
Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə bildirib.
Dövlətimizin başçısı deyib: “Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [18:38]
Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO
- 30.10.2026 [14:00]
Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib YENİLƏNİB
- 30.10.2026 [13:44]