Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Rossiya-1” televiziya kanalı Prezident İlham Əliyev və Azərbaycan haqqında reportaj yayımlayıb VİDEO

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 26-da Rusiyanın “Rossiya-1” televiziya kanalının “Vesti Nedeli” proqramında Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmiz haqqında reportaj yayımlanıb.

AZƏRTAC həmin reportajı təqdim edir.

Aparıcı: Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev 60 illik yubileyini qeyd edib. O, 18 ildən çoxdur ki, dövlət başçısıdır. Bu müddətdə Azərbaycan iqtisadi, sosial sahədə əhəmiyyətli nailiyyətlər əldə edib. İlham Əliyev özü isə beynəlxalq arenada böyük nüfuz qazanıb. Əliyevin Putin ilə münasibətinin xüsusiyyəti ondadır ki, hər ikisi bir-birinə verdiyi sözə əməl edir. Bu, bizim dövrümüzdə dəyərli keyfiyyətdir.

Prezident İlham Əliyev öz yubileyini Şuşada - onun Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən şəhərdə qarşılayıb. Çoxsaylı insanların iştirakı ilə heç bir təntənəli tədbir olmayıb. Televiziyada qısaca çıxış edərək, təbriklərə görə təşəkkürünü bildirib, məscidi ziyarət edib.

Bu günlərdə bizim xüsusi müxbirimiz Sergey Zenin Azərbaycanda olub. Onun hazırladığı reportaj “Azərbaycanda rus dili” mövzusuna həsr edilib. Yeri gəlmişkən, Rusiya Elmlər Akademiyasının A.S.Puşkin adına Rus Dili İnstitutunun bu yaxınlarda apardığı araşdırmaya görə, Azərbaycan təhsil sistemində böyük və qüdrətli rus dilinin yayılma dərəcəsinə görə olduqca layiqli yer tutmaqla, digər Qafqaz respublikalarını qabaqlayır.

Müxbir Sergey Zenin Bakıdan xəbər verir.

Sakin: Yerli moskvalılara məndən - yerli bakılıdan böyük salamlar.

Sergey Zenin: Qədim şəhər. Burada dənizin qoxusu təzə bişmiş çörəyin və kəklikotulu çayın ətrinə qarışır. Bura Bakının qəlbi, nostalji hisslərin yeridir.

Bu küçələr belə qurulub. Turistlər şalbanbaşı döşənmiş bu küçədə mütləq ayaq saxlamalı, ayaqları sürüşməli və bu əhvalatdan xatirə kimi şəkil çəkdirməlidirlər. Ona görə ki, hamının özünü rahat hiss etdiyi dövrdə burada gözəl bir sovet filmi çəkilib.

Xahiş edirəm deyin, buradan keçən turistlərin ayağı tez-tezmi sürüşür?

Sakin: Hər gün belə hallar olur. Bu, bizə çox xoş təsir bağışlayır.

Sergey Zenin: Vaxtilə nəhəng bir ölkədən gələn insanlar şalbanbaşı döşənmiş bu küçəyə bəlkə də Qızıl Meydan kimi can atırdılar. Xahiş edirəm deyin, siz haradan gəlmisiniz?

Qadın turist: Biz Estoniyadan gəlmişik. Çox şadıq ki, nəhayət bu ölkəyə gələ bilmişik.

Sergey Zenin: Burada rus dilində danışa bilməyən orta və daha böyük yaşlı azərbaycanlı tapmaq çətindir. Paytaxtda bu, ümumiyyətlə pis əlamət hesab edilir. Bakıda bir neçə kitab mağazasında rus klassiklərinin və müasir rus yazıçılarının kitabları satılır.

Rus kitab evinin direktoru İsrafil İsmayılov: Rus kitab evinin vitrinlərində demək olar ki, Bakının bütün mərkəzi əks olunub və həqiqətən, bu, çox rəmzi məna daşıyır. Ona görə ki, məlum olduğu kimi, əvvəlcə Söz yaranıb. Rus kitab evi sadəcə, kitab mağazası deyil, bu, həm də rus dilinə ehtiram bəsləyənlər üçün mədəni mərkəzdir.

Sergey Zenin: Rus kitab evində mütəmadi olaraq, avtoqraf-sessiyalar, ustad dərsləri keçirilir. Aşağı sinif şagirdləri buraya tanınmış bir yazıçı qadının çıxışını dinləməyə gəliblər. Onların rus dili ilə tanışlığı nağıldan başlayır və belə də olmalıdır.

Yazıçı Solmaz Amanova: Mənim 6 yaşım olanda məndən soruşdular: Azərbaycan dilində neçə söz bilirsən? O vaxt cəmi 6 söz bilirdim. Məsələn, arbuz - qarpız. Çünki rusların arasında yaşayırdıq.

Sergey Zenin: Tədrisin rus dilində olduğu orta məktəblərə qəbul üçün institutda olduğu kimi müsabiqə keçirilir. Ən məşhur və ən prestijli rusdilli məktəb 6 nömrəli məktəbdir. Prezident İlham Əliyev özü də bu məktəbi bitirib.

6 nömrəli məktəbin direktoru Gülşən Orucova: Rus dilini bilməyən valideynlər də uşaqlarını rus bölməsinə vermək istəyirlər, çünki onların fikrincə, özləri rus dilini yaxşı öyrənmədiklərinə görə həyatda bəlkə də uduzublar, istəyirlər ki, heç olmasa uşaqları rus dilini bilsinlər.

Sergey Zenin: Ali təhsil sahəsində də oxşar vəziyyətdir. Rus dili, o cümlədən Moskvadan gəlmiş müəllimlərin sayəsində nüfuz qazanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvanın prestijli ali məktəblərinin Bakıda filialları açılıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva: Moskva Universiteti, mənim fikrimcə, hər bir alimin, hər bir tələbənin bu məkanla ünsiyyətdə olmaq arzusudur.

Sergey Zenin: Tədris korpusları cəmi 12 il bundan əvvəl yaradılıb, lakin bu müddətdə əsas məqsədə nail olunub. Bu dəhlizlərdə Moskva Dövlət Universitetinin ruhu duyulur. Bunu heç nə ilə dəyişik salmazsan, rektorun səyi ilə dəyərli biliklərlə birlikdə MDU-nun ruhu da buraya gətirilib. Filialın kitabxanası, dünyaşöhrətli müəlliflərin, tanınmış alimlərin soyadları yazılmış cildlər. Biliklərin başlanğıc nöqtəsi, qüvvə toplama yeri məhz burada, bu zaldadır.

XIX əsrin sonu - XX əsrin əvvəlinə aid çox nadir bir nəşr - Aleksandr Sergeyeviç Puşkin. Dörd cild, 1855-ci il, Sankt-Peterburq. Bu isə nadir mətbu nəşrdir: “Zarya Vostoka”, aprel 1870-ci il. Bütün bunlar Moskva Dövlət Universitetinin Bakı filialındadır. Bunun necə vacib olduğunu təsəvvür edirsinizmi?! Mədəniyyətlər bir-birinə necə nüfuz edir!

Moskvadan gələn müəllimlər burada növbə metodu ilə işləyirlər. Növbələr tez-tez dəyişir, lakin, bu, məşğələlərin proqramına əsla təsir göstərmir. Çünki bu məsələyə klassik universitet mövqeyindən yanaşılır. Bu, tələbələrin yalnız xeyrinədir. Onların MDU-nun rusiyalı professorların hamısından bilik almaq üçün nadir imkanları var.

MDU-nun üzvü kimya kafedrasının dosenti Aleksey Romanov: Bu, ölkələrimiz arasında münasibətləri inkişaf etdirir, dövlətlər arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün etibarlı zəmin yaradır və bütövlükdə, sadə insanlar arasında əlaqələr yaratmağa imkan verir.

Sergey Zenin: Seçenov adına Tibb Universitetinin filialı Bakının mərkəzində yerləşir. Rektor Əziz Əliyev təbabət üzrə professor və praktiki cərrah-onkoloqdur. O, hər bir tələbədən nə tələb etmək lazım olduğunu bilir.

Rektor Əziz Əliyev: Mən həmişə öz tələbələrimə deyirəm, istər cərrah olsun, istər terapevt ya radioloq, - həkim ömrü boyu oxumalı, öyrənməlidir. Ona görə ki, tibb elmi sürətlə inkişaf edir.

Sergey Zenin: Sxem MDU-nun filialında olduğu kimidir. Moskvadan gələn müəllimlər növbə ilə işləyirlər. Mühazirədə gördüyümüz tələbələr sanki hər sözə xüsusi diqqət yetirirlər.

Seçenov adına Tibb Universitetinin professoru Marina Boyçenko: Tələbələr hər şeyi dəqiqliklə soruşur. Bəzən hər bir hərfi soruşurlar. Onlar həqiqəti bilmək üçün suallar yağdırırlar.

Sergey Zenin: Dərslərdən kənar vaxtlarda müəllimlər zamanlarını turizmə həsr edirlər. Azərbaycanda gəzməli-görməli yerlər çoxdur. Bu üzüm bağları bir neçə il əvvəl salınıb. Artıq burada dadlı orqanik şərab hazırlanır. Onu əldə etmək üçün isə dünyanın hər yerindən alıcılar növbəyə düzülür.

Azərbaycanın ən maraqlı yerlərindən biri olan İvanovka kəndinə gedirik. Burada əsrlər boyu ruslar yaşayıb - ikona və xaçı qəbul etməyən molokanlar. Ancaq onların əsas kitabı elə həmin İncildir.

İvanovka kəndinin xristian-molokanlarının keşişi Sergey Kazakov: Həyatımızın mənası onda birləşir. Biz nə ediriksə ondan götürürük.

Sergey Zenin: İvanovkada bütün postsovet məkanında yeganə olan kolxoz fəaliyyət göstərir. Onun adının saxlanılması və təsərrüfat prinsipinin dəyişdirilməməsi barədə qərar hələ Heydər Əliyevin vaxtında verilib.

Kolxoz sədri Vasiliy Novoseltsev: Biz ruslarıq. Bizim imanımız molokandır. Ancaq bütün insanlar işə vicdanla yanaşır.

Sergey Zenin: Andreyin dədə-babaları da maldar olub. Bu sənət ona atasından keçib. Paytaxta getməyə can atmır. Kolxozda qabaqcıldır. İş xoşuna gəlir? Cavan oğlansan.

Andrey Xaritonov: Biz mal-qaraya öyrəşmişik. Bütün həyatımız mal-qara ilədir. Anadan olandan bizdə mal-qara var. Hər bir evdə mal-qara var. Yəni ki, heyvandarlıq bizim qanımızdadır.

Sergey Zenin: Burada ərzaq malları ancaq yerlidir, təbiidir. Çörək də, görməli yerlər qədər boldur. Sovet vaxtı hər bir kolxozun mütləq bir klubu olmalı idi. Xüsusən də, belə - 2700 nəfərin yaşadığı yerdə. İndi gördüyünüz klub deyil, Mədəniyyət sarayıdır.

Bu, İvanovka xorunun yalnız bir hissəsidir. Yeni il qabağı onların çoxu azərbaycanlı və rus dostlarının və qohumlarının yanına gediblər. Burada sənin milliyyətinin qətiyyən fərqi yoxdur. Hamının bir pasportu var.

Bakı Arxangel Mixail məbədinin baş keşişi Mefodiy Əfəndiyev: Hamı bir yerdə yaşayır. Hamı başa düşür ki, Azərbaycan vətəndaşları üçün bu ölkə ümumi böyük evimizdir.

Sergey Zenin: İvanovkadakı məbədin tərtibatı hamını heyran edir. Müsəlman rəssam anadan olandan sonra xristianlığı qəbul edib və həyatının qalan hissəsini pravoslav kilsəsinin tərtibatına həsr edib. Həyatdan işini bitirməmiş köçüb. Onun işini dostları və yaxınları davam etdiriblər.

Rəssam Batuxan Haqverdiyev: Onun üçün vacib idi ki, bu iş yekunlaşsın. O, çox sayda əlyazması və eskiz qoyub.

Sergey Zenin: Bakı COVID məhdudiyyətlərinə baxmayaraq ruhdan düşmür. Qalereya və mədəni mərkəzlərdə sərgilər keçirilir. Azərbaycan yalnız çoxmillətli deyil, eyni zamanda, həm də multikulturaldır. Bunu burada maksimum inkişaf etdirirlər. Bu gün Heydər Əliyev Mərkəzində müasir braziliyalı rəssamın sərgisinin keçirildiyi kimi.

Bakının kafe və restoranlarında dadı və müxtəlifliyinə görə gözəl yeməklər var.

Kulinariya mütəxəssisi Fərhad Aşurbəyli: Azərbaycan həmişə orta əsrlərdə İpək Yolunun - əsas logistik yolun üzərində yerləşib. Ona görə dünyanın müxtəlif yerlərindən buraya ərzaqlar gəlib.

Sergey Zenin: İçərişəhərdə çox istəsən heç tanımadığın insanların evinə girə bilərsən və 5 dəqiqədən sonra orada özünü evindəki kimi hiss edəcəksən.

“Rossiya-1” televiziya kanalı Prezident İlham Əliyev və Azərbaycan haqqında reportaj yayımlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib