® "CityNet" Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

Azərbaycanın qabaqcıl internet provayderi "CityNet" fərdi və korporativ müştərilərinin internet bağlantısını daha sürətli və keyfiyyətli etdi.
Şirkət Azərbaycanda ilk olaraq XGPON texnologiyasını tətbiq etmək üçün lazımi infrastruktur yaradıb. XGPON sayəsində "CityNet" müştəriləri saniyədə 10 Gbit/s qədər sürətli internetdən faydalanacaqlar.
XGPON ilə müştərilər fasiləsiz və keyfiyyətli internet ilə videozənglərdən, onlayn film izləməkdən, oyunlardan və digər imkanlardan zövq ala biləcəklər.
Bu texnologiya sayəsində istifadəçilərə yüksək sürət və etibarlı xidmət təqdim edən "CityNet" biznesin inkişafına və müştəri təcrübəsinin təkmilləşdirilməsinə öz töhfəsini verməyə davam edəcək.
Xatırladaq ki, "CityNet" provayderi ölkəmizdə ilk dəfə bu texnologiyanı istifadəyə verən şirkətdir.
"CityNet" yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edərək və ya *1177 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]