CƏMİYYƏT
® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək
Martın 29-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək.
Seminarda “Beyin ölümü” diaqnozunun klinik əhəmiyyəti, əyani vəsait üzərində beyin ölümü diaqnozunun təyini, beyin ölümündən sonra donor namizədlərin Reanimasiya şöbəsində menecmenti və digər zəruri mövzular barədə ətraflı məlumat veriləcək, o cümlədən mövzu ilə əlaqəli sıx rast gəlinən müzakirəli məsələlər barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Proqrama uyğun olaraq seminar transplantoloq, anestezioloq-reanimatoloq, radioloq və ümumi cərrah ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.
Seminarın saat 13:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında keçirilməsi planlaşdırılır. Seminar 4 DTT balı ilə qiymətləndirilib. Proqramı tamamlayan iştirakçılara sertifikat veriləcək.
Seminarda iştirak ödənişsizdir. İştirak üçün qeydiyyatdan keçmək mütləqdir.
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-content/uploads/2024/03/proqram-beyn-oeluemue_rgb.pdf
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/EDZHwMwthpxseaHE8