Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Məlahət Qəhrəmanova: Qohum-qonşunun uşağına yazılan dərmanlardan istifadə qəbulolunmazdır

Qurd xəstəlikləri günümüzdə istər böyüklərdə, istərsə də uşaqlarda ən çox rast gəlinən problemlərdəndir. Qurd xəstəliyinin əlamətləri nələrdir? Xəstəlik aşkar olunduqdan sonra diqqət edilməli nüanslar hansılardır? Helmintozlara qarşı profilaktik müalicə necə aparılmalıdır? “Nərgiz” klinikasının direktoru, tibb elmləri doktoru, ixtiraçı alim Məlahət Qəhrəmanova mövzu ilə əlaqədar AZƏRTAC-ın suallarını cavablandırıb.

- İnsan orqanizmi qurda necə yoluxur?

- Azərbaycan qurd xəstəliklərinin geniş yayılmasına görə endemik ölkə sayılır. Yaşından asılı olmayaraq, hər bir kəs qurd xəstəliyinə yoluxa bilər. Xəstəliyin yayılmasında miqrasiyanın da rolu böyükdür. Vətəndaşlarımızın xarici ölkələrə səfərləri, onların bizə gəlişi ölkəmizdə də yoluxmanın artımı ilə müşayiət olunur.

Ümumiyyətlə, parazitlərin insan orqanizminə düşməsinin müxtəlif səbəbləri var. İctimai yerlərdə qidalanma, “Fast-food” qidalara artan maraq, standartlara uyğun olmayan içməli sular, gigiyenik qaydalara riayət edilməməsi, çirkli əllərlə qidalanma, torpaq, toz, uşaqların dırnaqlarını yeməsi, çiy məhsullarla, əsasən ət, balıq məhsulları ilə qidalanma orqanizmdə qurdların yaranmasına səbəb olur. Ölkəmizdə qurd xəstəlikləri Aran rayonlarına nisbətən dağlıq və dağətəyi zonalarda daha çox yayılıb. Çünki qurdların yayılması üçün yumurtalar torpağa düşüb inkişaf edir. Aranda havanın temperaturunun yüksək olması və şoranlıq yumurtalar üçün əlverişsiz mühit hesab edilir. Belə bir fikir var, qurd əsas deyil, ən əsas onun üçün yaradılan şəraitdir. Bu, həqiqətən də xəstəliyin tərifi sayılacaq bir deyim ola bilər. Bir daha vurğulamaq istəyirəm ki, gigiyenik qaydalara riayət edərək xəstəlikdən qorunmaq mümkündür.

- Qurd xəstəliklərinin orqanizmdə yaratdığı fəsadlar hansılardır?

- Qurdlar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur, eyni zamanda, mövcud problemləri üzə çıxarır və ya ağırlaşdırır. Saç tökülürsə, onu artırır, bağırsaq problemi varsa, sürətləndirir. Bundan əlavə, qurd insanı arıqladır, ağızdan qoxu gəlir, qəbizlik və ya ishal törədir, hemoqlobini salır, halsızlıq, iştahasızlıq və yorğunluq yaradır. Qurdlar bağırsaqların mənfəzini bağlayaraq qəbizliyə və hətta bağırsaq keçilməzliyinə səbəb ola bilər. Öd axarlarına düşə və burada ödün axmasına mane ola bilər. Nəticədə ödün axması pozulur və insanda mexaniki sarılıq inkişaf edə bilir, qaraciyərin fəaliyyətinin pozulması isə bağırsaq disbakteriozuna səbəb olur. Parazitlər orqanizmdə allergik reaksiyalara da səbəb olur – dəridə müxtəlif səpgilər, qaşınma əmələ gəlir. Qurdlar orqanizmə toksiki təsir göstərir, orqanizmi zəhərləyir və bu, insanın sinir sisteminə çox mənfi təsir edir, insanda nevroloji problemlər ortaya çıxır.

Uşaqlarda qurd xəstəlikləri ən çox yaddaşın zəifləməsi, həddindən artıq aqressivlik, zehni geriləmə yaradır. Eyni zamanda, allergik həssaslığı olan xəstələrdə ciddi dəri problemləri əmələ gətirir. Parazitlər immun sisteminin zəifləməsinə, vitamin balansının pozulmasına və digər fəsadlara yol açır. Nəticədə saçlar, qaşlar, kirpiklər tökülməyə başlayır, dəridə olan səpkilər artır, allergik həssaslıq yüksəlir.

- Valideynin hansı halda övladında qurd olduğuna dair şübhələri əsaslı ola bilər?

- Uşaq iştahasızdırsa, yuxusu pisdirsə, narahat yatırsa, qarnında, əsasən də göbəyinin ətrafında vaxtaşırı sancılar olursa, səbəbsiz səpkilər, qaşınmalar yaranıbsa, xüsusilə axşam saatlarında tam sakit vaxtında yanını qaşıyırsa, xüsusilə qız uşaqlarında həddindən çox sidiyə getmələr varsa, qurddan şübhələnmək olar. Qurd olan uşaqlar yatarkən ağzından su gəlir, dişlərini qıcıyır, dırnaqlarını yeyir, oynaqlarında ağrı yaranır, tez yorulur, diqqətsizlik müşahidə edilir.

-Əminliklə demək mümkündürmü ki, bu əlamətlər olan uşaqlarda qurd var?

-Əlbəttə ki, ilk növbədə, dəqiq diaqnoz önəmlidir. Lakin ananın təsbiti də artıq siqnal hesab edilə bilər. Sovetlər dövründə belə bir deyim vardı ki, ananın müşahidələrinə əsasən, qurdun tam təyini və haqlı olaraq müalicəsi aparıla bilər.

-Parazitlərin təyini zamanı hansı metodlar daha etibarlı hesab olunur?

- Valideynlərin ən çox rast gəlinən şikayəti budur ki, qurdu gözümlə görsəm də, nəcis analizində çıxmayıb. Çox hallarda orqanizmdə qurdun olub-olmaması bir analizlə təsdiqlənmir. Bəzən iki və ya üç gün ara ilə bir neçə dəfə analiz vermək tələb olunur. Qan analizi isə qanda antitelləri, yəni, qurdun hansı növünün olmasını müəyyənləşdirməyə kömək edir. Bu üsul daha etibarlıdır və həkimə müalicə üsulunu təyin etməyə kömək olur. Qanda aparılan müayinələr daha dəqiq və düzgündür. Orqanizmdə parazitlərin mövcudluğu həm qanda, həm nəcisdə, həm də ümumi saskopda yoxlanıla bilər. Qeyd edim ki, qurdların təyini zamanı müasir aparatlar özünü doğrultmadığından klinikamızda onlardan istifadə olunmur. Səbəb sözügedən aparatların qurd xəstəliklərinin müayinə-müalicəsində klinik və elmi-tədqiqatlarla effektivliyinin sübut edilməməsidir. Nəcis analizi isə helmint analizlərinin ən qədimidir və dəqiq cavab ala bilməyimiz üçün vacibdir. Əgər nəcisdə qurd yumurtası varsa, günün istənilən saatında yoxlanıla bilər və ya iki gün də saxlayıb yoxlasaq da lyamblya sisləri mütləq nəcisdə görünəcək.

-Son vaxtlar uşaqlarda daha çox hansı qurdlara rast gəlinir?

- İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Öncə qeyd edim ki, insan orqanizmində 250 növə yaxın parazit yaşaya bilir. Bu 250 növ parazitdən Azərbaycanda yalnız 25-i aktivdir. Onlardan da ən çox rast gəlinən 10 növ var. Enterebiozlar, bizquyruq, tükbaş, lentşəkilli qurdlar, öküz soliteri isə ən tez-tez rast gəlinənlərdir. Bütün bu növlərin hər biri bu gün müayinə zamanı dəqiqliklə aşkarlanır və müalicə olunur.

-Müalicə tətbiq edildikdən neçə müddət sonra effektiv nəticə əldə oluna bilər?

- Müalicənin effektivliyinin təxminən 70-80 faizi gigiyenik qaydalara əməl olunmasından asılıdır. Sovetlər dövründə mövcud protokola əsasən, qurdun müalicəsi 45 günlük dövrü əhatə edirdi. Lakin son zamanlar bu müddətin kifayət etmədiyinin şahidi oluruq. Bəzən orqanizmdən, qurdun növündən asılı olaraq müalicə 2-3 ay çəkə bilər. Vurğulamaq istəyirəm ki, rəhbərlik etdiyim “Nərgiz” Klinikasında qurdların müalicəsi çox yüksək səviyyədə, tam təbii vasitələrlə aparılır.

-Bəzən valideynlər mütəxəssisə müraciət etmədən, qohum-qonşunun uşağına yazılan dərman preparatlarından istifadə edirlər. Bu, nə dərəcədə doğrudur?

-Bu, kökündən yanlış yanaşmadır. Özünümüalicə qəbul olunmazdır. Bu dərmanlar çox güclü təsirə malikdir. Doza həddinin aşılması digər orqanlara, xüsusilə qaraciyərə toksiki təsir göstərə bilər. Yaxud hansısa aptekdə məsləhət görülən dərmandan istifadə etmək doğru deyil. Müalicə həkim tərəfindən təyin olunmalıdır. Qonşunun istifadə etdiyi dərman sənin övladına kömək göstərməyə, əks reaksiya verə bilər. Qurdun müalicəsi sistemli şəkildə, düzgün aparılmalıdır. Bəzən valideynlər daha rahat üsula əl atmağa çalışırlar, amma bu, doğru deyil.

-Belə bir fikir var ki, əslində bütün insanların orqanizmində qurdlar var. Sadəcə, bunun çox və ya az, zərərli və ya zərərsiz olması ayırd edilməlidir…

Problem yalnız uşaqlar üçün deyil, yaşlı nəslin nümayəndələri üçün də aktualdır. Əvvəllər insanlar bu barədə danışmağa utanırdılar və ona görə də gizlədirdilər. Bu gün isə açıq şəkildə müraciət edirlər, müalicə alırlar. Qurdların orqanizmə verdiyi fəsadları nəzərə alsaq, vaxtında müalicə çox önəmlidir.

-Qurd xəstəliyində təbii müalicə, yaxud dərman terapiyası istənilən nəticəni verir?

-Əlbəttə ki, təbii müalicə kimyəvi dərmanlarla aparılan müalicədən çox fərqlənir. Kimyəvi dərmanlar, ilk növbədə, qaraciyərə ciddi zərər vura bilər. Ona görə də çalışırıq ki, müalicələri tam təbii vasitələrdən istifadə edərək aparaq. Bizə illərlə kimyəvi dərmanlar atıb heç bir nəticə əldə etməyən xəstələr də müraciət edir. Bir daha vurğulamaq istəyirəm ki, “Nərgiz” Klinikası təbii üsullarla müalicənin aparıldığı, ən müasir diaqnostik cihazların və laborator analizlərin köməyi ilə xəstəliklərin dəqiq diaqnozunun qoyulduğu tibb müəssisəsidir. Klinikanın fəaliyyətinin əsas prinsipi xəstələrə təbii bitkilərlə yüksək səviyyəli tibbi xidmət göstərməkdir. Burada hər bir xəstəyə xüsusi diqqət və qayğı ilə yanaşılır. Klinikamızda təbii üsullarla müalicələr tibbi elmi əsaslıdır. Qurd xəstəliklərinin müalicəsində də məhz müəllifi olduğum təbii vasitələrdən istifadə olunur.

 

Tibb elmləri doktoru, Məlahət Qəhrəmanova

“Nərgiz Med”:(012) 541-72-72; (051)388-70-70; (055)319-81-22

https://www.instagram.com/nergizklinikasi/-0-

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh – 2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub