® “Birbank Bahar” lotereyasının qalibləri bəlli olub
"Birbank" növbəti dəfə müştərilərinə unudulmaz hədiyyələr qazandırıb. 11 mart-15 may 2025-ci il tarixlərində keçirilən "Birbank Bahar" lotereyası başa çatıb və qaliblər bəlli olub.
Lotereya çərçivəsində "Birbank" tətbiqindən və ya birbank.az, kapitalbank.az saytlarından nağd pul krediti, "Birbank Star" kredit kartı və ya istənilən "Birbank" taksit kartı, eləcə də m10 tətbiqindən nağd pul krediti, "Umico"dan kredit əldə edən, həmçinin əldə etdiyi "Birbank Star" kredit kartı və istənilən "Birbank" taksit kartı ilə "Umico.az"dan alış-veriş edən minlərlə müştəri iştirak şansı qazanıb. Hər 1000 manatlıq kredit və ya alış-veriş üçün bir şans təqdim edilən stimullaşdırıcı lotereyada minlərlə iştirakçı arasından 100 şanslı şəxs qalib seçilib.
5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajda 45 nəfər “Bravo” marketdən 50 manatlıq kupon, 25 nəfər “Kontakt Home”dan 200 manat dəyərində hədiyyə kartı, 15 nəfər “PAŞA Travel”dən 500 manatlıq ölkədaxili səyahət paketi qazanıb. Əlavə olaraq, 10 nəfər “Apple Watch Series 8”, 4 nəfər “iPhone 16 Pro”, 1 nəfər isə lotereyanın superprizi olan “Toyota Corolla” avtomobilinə sahib olub.
Lotereya qaliblərinin siyahısı: http://b-b.az/blqs
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank" 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və "PAŞA Holdinq"ə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.