"Caspian Power": Stronqmen yarışlarının ilk mərhələsində İran idmançısı fərqlənib
Bakı, 24 may, AZƏRTAC
Heydər Əliyev adına İdman Sarayında "Caspian Power" İdman Festivalı çərçivəsində stronqmen yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk mərhələsində idmançılar böyük təkərlərlə mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda İran idmançısı Əkbər Talışi 22,90 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. İdmançımız Vüsal Mərdanov 26,90 saniyə ilə ikinci, Ukrayna təmsilçisi Andri Koşubskiy isə 28,68 saniyə ilə üçüncü olub.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan festival çərçivəsində stronqmenlə yanaşı, bodibildinq, mas-restlinq, cui-citsu və sumo üzrə yarışlar da keçirilir.
Festivalda 100-dək idmançı birincilik uğrunda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]