"Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb
Bakı,1 sentyabr, AZƏRTAC
“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, bu, Misli Premyer Liqasının III turuna təsadüf edib.
Gəncə klubu səfərdə “Zirə”yə 0:5 hesabı ilə uduzub. “Kəpəz” ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır.
Qərb təmsilçisi 685-ci oyununda “250”yə çatıb. “Kəpəz” evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb.
Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən “Turan”la səfər matçına təsadüf edib - 0:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]