"Kür" həndbol klubunun kapitanı: "Kipr" təmsilçisini keçə bilərik
Mingəçevir, 26 oktyabr, AZƏRTAC
"Sevindirici haldır ki, bu dəfə bizdə alındı. İlk oyunda qələbə qazandıq".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Kür" klubunun həndbolçusu Ramazan Muradov Avropa Kubokunun II mərhələsində Mingəçevirdə Kiprin “Parnassos Strovolu” klubuna 35:31 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Mingəçevir təmsilçisinin kapitanı cavab matçında daha yaxşı mübarizə aparacaqlarını bildirib: "Çalışacağıq ki, növbəti matçda bu gün ikinci hissədə çıxış etdiyimiz kimi oynayaq. Çünki ilk hissə istədiyimiz kimi alınmadı".
Vətən müharibəsi iştirakçısı olan həndbolçu artıq rəqibi daha yaxşı tanıdıqlarını söyləyib: "Kipr klubunun güclü və zəif tərəflərini müəyyən qədər gördük. Düşünürəm ki, sabah da qələbə qazana bilərik".
Qeyd edək ki, tərəflər arasındakı razılaşmaya əsasən, cavab oyunu oktyabrın 27-də Mingəçevirdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]