"Oppenheimer" filmində tarixi səhvə yol verilib
Bakı, 25 iyul, Emil Məlikov, AZƏRTAC
Kristofer Nolanın "Oppenheimer" adlı bioqrafik filminin premyerasında tarixi səhv aşkar olunub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekran əsərində 1945-ci ildə Yaponiyada ilk atom silahından istifadə edilməsindən sonrakı səhnədə insanların əllərində 50 ulduzlu Amerika bayrağının dalğalanması kino mütəxəssislərinin diqqətindən yayınmayıb.
Onlar bildiriblər ki, 1945-ci ildən bəhs edən filmdə ABŞ bayrağında 50 ulduzun yer alması düzgün deyil. “Çünki həmin vaxtlarda bayraqda cəmi 48 ulduz var idi, ona görə ki, o vaxt Alyaska və Havay ştat deyildi. Yalnız 15 ildən sonra ABŞ-ın bayrağına 50 ulduz həkk olunub. Ən maraqlı məqamlardan biri də odur ki, filmdə həmin ildən bəhs edən digər bir səhnədə Oppenheimerin (Killian Mörfi) qarşısında 48 ulduzlu bayraq göstərilir”, - deyə kinoşünaslar qeyd ediblər.