"Partlayış travmalarına yanaşma" mövzusunda kurs keçirilib
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlıq çərçivəsində imzalanan 2023-cü ilin tədbirlər planına əsasən hərbi qulluqçularımızın iştirakı ilə "Partlayış travmalarına yanaşma" mövzusunda kurs keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, kurs müddətində "Partlayışın fiziki təzahürləri", "Partlayış zədələri", "Qan dövranı və abdominal zədələr", "Pasiyentin qiymətləndirilməsi demonstrasiyası", "Göz və burun zədələri", "Baş və beyin zədələri və fiziki məhdudiyyət", "Aşağı və yuxarı ətrafların zədələri", "İlan sancması" və digər mövzularla bağlı dinləyicilərə brifinqlər təqdim edilib.
Qeyd olunan mövzular üzrə qruplarla məşğələlər keçirilib və müxtəlif çalışmalar yerinə yetirilib.
Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub.