Abid Şərifov: Ötənilkindən artıq yağış yağsa da belə, daşqın və sel təhlükəsi gözlənilmir
Bakı, 5 may (AZƏRTAC). Ötənilkindən artıq yağış yağsa da belə, daşqın və sel təhlükəsi gözlənilmir.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov söyləmişdir. Kürdə suyun səviyyəsinin artması ilə bağlı yayılan xəbərlərə münasibətini bildirən A.Şərifov demişdir ki, indi yaz ayıdır, dağlarda qarlar əriyir. Təbii ki, çaylarda suyun səviyyəsi də qalxmalıdır. Ötən il Kürdə saniyədə 1700-1900 kubmetr su keçirdisə, bu gün suyun axını saniyədə 650-750 kubmetr təşkil edir. Yəni Kürün sugötürmə ehtiyatı hələ çoxdur.
Baş nazirin müavini vurğulamışdır ki, Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq ümumilikdə 400 kilometrdən çox uzunluqda bəndlər tikilir. Bu bəndlər təkcə Kür və Araz çaylarında yox, eyni zamanda, dağ çayları ətrafında da inşa edilir.
Əgər ötən il Mingəçevir su anbarında suyun səviyyəsi təxminən 79,65 metr təşkil edirdisə, bu gün bu, 4 metr aşağıdır. Bu o deməkdir ki, bizim hələ ehtiyatımız çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]