ABŞ-da İspaniyadan bolqar bibərinin idxalına qadağa qoyulub
Madrid, 5 yanvar, AZƏRTAC
Birləşmiş Ştatların hökuməti Aralıq dənizi meyvə milçəyi aşkarlanması səbəbindən İspaniyadan istifadə üçün təzə bolqar bibərinin gətirilməsinə qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Heyvanların və bitkilərin sağlamlığına nəzarət xidməti (“Aphis”) məlumat yayıb.
“Aphis” bildirir ki, bu addım İspaniyadan gətirilən təzə bibər ticarət partiyalarında yoxlamalar zamanı Aralıq dənizi meyvə milçəyinin “dəfələrlə aşkarlanmasına” cavab olaraq atılıb. Aralıq dənizi meyvə milçəyi sürətlə çoxala bildiyinə görə ABŞ üçün böyük risk mənbəyidir.
ABŞ dünya üzrə təzə meyvə və tərəvəzin ən iri idxalatçılarından biridir. 2020-ci ilin göstəricilərinə görə, ölkəyə 26 milyard dollar həcmində 20 milyon ton məhsul gətirilib.
2021-ci ildə İspaniya ABŞ-a 32.993 ton meyvə-tərəvəz ixrac edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]