ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Bakı, 30 iyun, AZƏRTAC
ABŞ-ın Ohayo ştatında yüngül mühərrikli “Cessna 441” təyyarəsinin qəzaya uğraması nəticəsində altı nəfər, o cümlədən iki ekipaj üzvü həlak olub.
AZƏRTAC “Fox 8” telekanalına istinadla xəbər verir ki, hadisə Haulend şəhəri yaxınlığında baş verib. Montana ştatının Bozmen şəhərinə uçan təyyarə havaya qalxdıqdan yeddi dəqiqə sonra yerə çırpılıb. Hakimiyyət orqanlarının məlumatına görə, qəza zamanı təyyarədə olanlardan heç kim sağ qalmayıb.
Qəzanın səbəbləri hələ ki məlum deyil. ABŞ Federal Mülki Aviasiya İdarəsi və Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şura insidentlə bağlı təhqiqata başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]