ABŞ Prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Bakı, 16 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrik məktubunda dövlətimizin başçısına və Azərbaycan xalqına Amerika Birləşmiş Ştatlarının xalqı adından xoş arzularını yetirən C.Bayden qeyd edib: “Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm. Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan ilə Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]