Abşeron yarımadasında havanın temperaturu xeyli enəcək
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gecədən arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə yanvarın 25-26-da Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi, yağıntılı hava şəraiti və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında gündüz bəzi yerlərdə yağıntılı hava olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°, dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru ayrı-ayrı yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Lakin axşama doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Gündüz mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.