ACF rəsmisi: Cüdo Liqalarının yaradılmasında məqsəd potensiallı idmançıların aşkarlanmasıdır

Bakı, 10 aprel, AZƏRTAC
“Cüdo Liqalarının yaradılmasında əsas məqsəd yeni potensiallı idmançıların aşkarlanması, yerli cüdo idman təşkilatları arasında sağlam rəqabətin və əlaqələrin yaranması, idmançılara və məşqçilərə maddi dəstək göstərmək, eləcə də klubların infrastrukturunun yaxşılaşdırılmasıdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov Cüdo Liqaları ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Cüdo Liqaları və liqada yığılan xallar milli komandaların tərkibinin müəyyən olunmasında ən önəmli meyarlardan biri olacaq.
“Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, il boyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək. Bu da, idmançıları ilboyu keçirilən daxili yarışlarda aktiv iştirak etməyə stimullaşdırmaqla yanaşı, seçimin daha obyektiv olmasını şərtləndirəcək”, - deyə Kamran Talıbov vurğulayıb.
K.Talıbov Cüdo Liqalarının 3 yaş qrupu üzrə keçiriləcəyini diqqətə çatdırıb: “Böyüklərdə yalnız kişi cüdoçuların, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçuların iştirak edəcəyi bildirilib. Liqa yarışları açıq status daşıyacaq və şərtlərə cavab verən bütün cüdoçular liqalarda çıxış edə biləcəklər. Böyüklər liqasında üç, U-17 və U-14 liqalarında isə dörd yarışın keçirilməsi nəzərdə tutulur. İdmançılara liqa yarışlarında göstərdikləri nəticələrə müvafiq reytinq xalları veriləcək. Bu reytinq xalları da öz növbəsində məşqçilərin və klubların reytinqini formalaşdıracaq”.
ACF rəsmisi qeyd edib ki, yekun reytinq cədvəlində yuxarı pillələrdə qərarlaşmış cüdoçulara və onların məşqçilərinə pul mükafatı təqdim ediləcək: “Klublara isə mükafatlar pul formasında verilməyəcək. Həmin klublarda cüdonun inkişafı müxtəlif istiqamətlər üzrə dəstəklənəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [22:12]
Azərbaycan millisinin hücumçusu İsrail çempionu olub
- 22.04.2025 [20:19]
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
- 22.04.2025 [20:08]
Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri məlum olub
- 22.04.2025 [17:36]
UEFA “Çelsi” ilə oyundan sonra Polşa klubunu cəzalandırıb
- 22.04.2025 [16:50]
“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb
- 22.04.2025 [16:42]