ADNSU-nun xaricdə yay məktəbində iştirak etmiş tələbələri sertifikat alıblar
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun xaricdə yay məktəbində iştirak etmiş tələbələrlə görüşü olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU tələbələri - Rolan Yusufov, Leyla Ələkbərova, Yunis Məmmədov və Rauf Əsgərli 2022-2023-cü tədris ilində Estoniya, Finlandiya və Rusiyada keçirilən yay məktəblərində uğurla iştirak ediblər.
Görüşdə beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova tələbələrin keçdiyi yay məktəbi, icra etdikləri proqramlar və layihələr haqqında məlumat verib.
V.Əskərov tələbələri təbrik edib və bildirib ki, yay məktəbində iştirak etmək gənclərin gələcək fəaliyyəti üçün çox əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]