ADPU-nun tələbələri Milli İncəsənət Muzeyində
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) UNESCO Klubunun təşkilatçılığı ilə tələbələrin Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil olunub.
Bu barədə AZƏRTAC-a universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən məlumat verilib.
Bildirilib ki, ekskursiya çərçivəsində tələbələr muzeyin “Azərbaycan incəsənət xəzinəsi”, “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası”, “Altmışıncılar nəsli: Konformizmdən kənar Azərbaycan incəsənəti” adlı ekspozisiyaları, eləcə də Qərbi Avropa, rus və Şərq ölkələri incəsənətinə aid eksponatlarla tanış olublar.
Bununla yanaşı, onlar Xalq rəssamı Davud Kazımovun 100 illik yubileyinə həsr olunmuş sərgini izləyiblər.